Çərşənbə axşamı , Yanvar 19 2021
Ana səhifə / Aktual / DTX-nın tutduğu şəxs tanınmış saatsazı aldadıbmış

DTX-nın tutduğu şəxs tanınmış saatsazı aldadıbmış

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən tutulan şəxsin əməllərindən zərərçəkənlərdən biri tanınmış saatsaz Hacı Fətəliyevdir.

Azinforum.az bildirir ki, bu barədə Open.az-a açıqlama verən H. Fətəliyev qeyd edib ki, DTX tərəfindən tutulan Rzamin Həşimov bir neçə ay əvvəl ondan dələduzluq yolu ilə 7500 manat pul alıb: “Rzamin mənə dedi ki, təhlükəsizlik orqanlarında çalışır və mayor rütbəsi daşıyır. Mənim balaca övladımı işə düzəltmək üçün 15 min pul istədi. Ona başlanğıc üçün 7500 verdim. Pulun qalan hissəsini isə işi düzəldəndən sonra verəcəkdim. Sonradan öyrəndim ki, bu adam dələduzdur. Dərhal hüquq-mühafizə orqanlarına müraciət etdim. Sağ olsunlar, hadisəyə hüquqi qiymət verdilər. Mənə dəymiş ziyanı da ödəyiblər”.

H. Fətəliyev Rzamin Həşimova pul verən zaman onu gizli kameraya da çəkib. Saatsaz həmin görüntüləri də Open.az-a təqdim edib.

Qeyd edək ki, DTX tərəfindən aparılan araşdırmalarla Azərbaycan Respublikasının vətəndaşı Həşimov Rzamin Rza oğlunun özünü dövlət təhlükəsizliyi orqanlarının vəzifəli şəxsi kimi təqdim edərək əlaqəsində olan şəxslərlə birlikdə Fətəliyev Hacı Fətəli oğlu, Əmənov Faiq Mətləb oğlu və digər vətəndaşların maddi vəsaitlərinin ələ keçirilməsi istiqamətində cinayət əməlləri törətməsi müəyyən edilib.

DTX-nın İctimai əlaqələr şöbəsindən Open.az-a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat tədbirləri ilə Rzamin Həşimovun qeyd olunan əməlləri müfəssəl qeydə alınıb.

Rzamin Həşimov həmin cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. O, saxlanılarkən üzərində xüsusi vasitə olan əl qandalı daşıdığı müəyyən edilib.

Məlum olmuşdur ki, Rzamin Həşimov əvvəllər də özünü vəzifəli şəxs kimi təqdim edərək törətdiyi cinayət əməllərinə görə 29 yanvar 2008-ci il və 13 fevral 2013-cü il tarixli məhkəmə hökmləri ilə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunub.

Faktla bağlı aparılan cinayət işi üzrə məhkəmənin 29 oktyabr 2018-ci il tarixli qərarı ilə Rzamin Həşimovun barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq araşdırmaları davam edir.

Həmçinin oxuyun

Vüqar Səfərli onları bir-bir yanına aparacaq – Siyahıda kimlər var?

“Vüqar Səfərli işi” davam etdikcə daha çox şəxsin istintaqa cəlb olunacağı qaçılmazdır. Aydındır ki, KİVDF-nin …