Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Aktual / DTX-dan sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq

DTX-dan sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq

Dövlət Təhlükəsizliyi Xidmətinin adından və loqotipindən istifadə etməklə sosial şəbəkələrdə icazəsiz və saxta səhifə, kanal, profillərin yaradılması, işlədilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır.
Azinforum.az  xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin “facebook” səhifəsində bildirilib.
Məlumatda qeyd olunub ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi www.dtx.gov.az səhifəsindəki DTX-nin rəsmi “facebook”, “twitter” və “youtube” hesablarına keçid işarə düymələrindən istifadə ilə, yaxud həmin rəsmi səhifə və kanallara abunə yazılmaqla məlumatları əldə etmək olar.

Həmçinin oxuyun

Kəlbəcərin Zod qızıl yatağının görüntüləri

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Kəlbəcər rayonunun Söyüdlü (Zod) qızıl yatağının görüntülərini yayıb. …