Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Aktual / DSK sədri icraa başçısına qarşı: – “Dini-imanı olan adamam, həbsə girmək istəmirəm”

DSK sədri icraa başçısına qarşı: – “Dini-imanı olan adamam, həbsə girmək istəmirəm”

Sumqayıt şəhər icra hakimiyyətinin binasında şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun iştirakıyla iclas keçirilib. Reportyor.info -nun etibarlı mənbədən aldığı məlumata görə, iclasda şəhərdəki seçki dairələrinin, habelə məntəqə sədrləri iştirak edib. Sədrlərlə fikir mübadiləsi aparılandan sonra 41 saylı DSK-nın sədrinə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri, 41-ci dairədən deputatlığa namizəd Hicran Hüseynovanın dəstəklənməsi tələb olunub. Bu vaxt çıxış edən 41 saylı DSK-nın sədri Vaqif Məmmədov icra başçısına sərt təpgi göstərib. O bildirib ki, seçkilərin şəffaf və demokratik keçirilməsinin tərəfdarıdır və heç kimə heç cür kömək edə bilməyəcək. Məlumata görə, onun bu sözləri isə Fərəcovu qəzəbləndirib. Amma DSK sədri sözündən dönməyəcəyini deyib. “Mən dini-imanı olan adamam. Buna getməyəcəm. Həbsdə də yatmaq istəmirəm”, deyə o bildirib.

Həmçinin oxuyun

Paşinyan məmurları əvəzləməklə vaxt udmağa çalışır

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Ordusu qarşısındakı ardıcıl məğlubiyyətlərini cəmiyyətə heç cür izah edə …