Cümə , Oktyabr 30 2020
Ana səhifə / Aktual / Dram Teatrının aktyoru və rejissoru vəfat edib…

Dram Teatrının aktyoru və rejissoru vəfat edib…

Sumqayıt Dövlət Dram Teatrının aktyoru və rejissoru Şahmar Qəribli vəfat edib.
Teatrın Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, aktyor fevralın 16-da xəstəxanada dünyasını dəyişib.
Mərhum Kürdəmir rayonunda dəfn edilib.
Qeyd edək ki, Ş.Qəribli 1952-ci ildə anadan olub. 1971-1975-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyoru” fakültəsində təhsil alıb. 1976-cı ildən başlayaraq fasilələrlə H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışıb. 1991-ci ildə Moskva şəhərində L.Xeyfetsin rəhbərliyi ilə ali rejissorluq kursunu bitirib. 2001-2010-cu illərdə “Lider” telekanalında fəaliyyət göstərib. 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub.

Həmçinin oxuyun

Təmkinli Əliyev, özgüvənsiz Paşinyan… – Kimin əlləri daha etibarlı görünür?

İngiltərəli təlimçi və bədən dili mütəxəssisi Martin Nyuman Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri …