Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Aktual / Döyüşlərdən qaçıb İrana keçən Ermənistan əsgərləri axtarılır

Döyüşlərdən qaçıb İrana keçən Ermənistan əsgərləri axtarılır

Sosial şəbəkələrin erməni seqmentində günlərdir ki, Ermənistan ordusunun Arazboyu ərazilərdə gedən döyüşlərdən qaçan bir qrup əsgərinin İran ərazisinə keçdiyi haqda məlumatlar paylaşılır. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, övladları Cəbrayılda, Zəngilanda və Xocavənd istiqamətində xidmət edən və döyüşlərdə itkin düşmüş valideyinlərə İran səfirliyi ilə əlaqə saxlamaq tövsiyə olunur. Müdafiə Nazirliyinin nümayəndəsi Şuşan Stepanyan isə deyib ki, onlar “müəyyən sayda hərbi qulluqçunun” İran ərazisinə keçməsi barədə informasiyalarla bağlı müvafiq kanallarla bu ölkə ilə əlaqə saxlayır. Amma hələlik İranın Yerevandakı səfirliyindən bu ölkə ərazisində Ermənistan hərbçilərinin olduğunu təsdiqləyən məlumat daxil olmayıb.

Xatırladaq ki, Arazboyu ərazilərdə gedən şiddətli döyüşlər zamanı Azərbaycan ordusunun hücumu qarşısında tab gətirməyən düşmən əsgərlərinin mövqelərini tərk edərək nizamsız şəkildə geri qaçması halları baş verirdi. Bu zaman bir qrup erməni əsgərinin Araz çayını keçərək İrana qaçdığı haqda məlumatlar var idi. Belə ki, döyüşlərdən qaçan düşmən əsgərlərini arxada hərbi polis tərəfindən güllələnmək təhlükəsi gözləyirdi.

Həmçinin oxuyun

Kəlbəcərin Zod qızıl yatağının görüntüləri

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Kəlbəcər rayonunun Söyüdlü (Zod) qızıl yatağının görüntülərini yayıb. …