Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Aktual / Döyüşlər Daşaltı və Lisaqor istiqamətində gedir – Artsrun Ovannisyan

Döyüşlər Daşaltı və Lisaqor istiqamətində gedir – Artsrun Ovannisyan

Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan ardıcıl şəkildə Şuşa ətrafında gedən döyüşlər barədə məlumatlar açıqlayır.

Erməni mediası xəbər verir ki, Ovannisyan Azərbaycan Silahlı Qüvvələrinin Şuşanı ələ keçirmək üçün döyüşə yeni qüvvələr cəlb etdiyini bildirib.

A.Ovannisyanın etirafına görə, Azərbaycan ordusu şəhərə yaxınlaşmağa nail olub. “Azərbaycan ordusu şəhərə yaxınlaşmağı bacarıb, Şuşanı ələ keçirmək üçün cəhdlərini davam etdirir”, deyə, Ovannisyan keçirdiyi brifinqdə deyib.

O, bildirib ki, Azərbaycan ordusu Şuşa uğrunda döyüşlərə getdikcə daha böyük qüvvə cəlb edir. Onun sözlərinə görə, döyüşlər Daşaltı və Lisaqor istiqamətində də gedir.
Musavat.com

Həmçinin oxuyun

Zori Balayanın oğlu Şuşa döyüşündən danışdı: “Bu, əfsanəvi əməliyyat idi”

“Ötən müharibədə biz Şuşanı götürəndə Azərbaycan tərəfdən hər hansı bir xəyanətin olmasıyla bağlı bir şey …