Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Aktual / Döyüş yolu keçmiş polkovnik Əzizağa Süleymanovu ətraflı tanıyaq…

Döyüş yolu keçmiş polkovnik Əzizağa Süleymanovu ətraflı tanıyaq…

85 saylı Şamaxı Seçki Dairəsindən deputatlığa namizəd olan polkovnik Əzizağa Süleymanovun keçdiyi həyat yolunu təqdim edirik.

Süleymanov Əzizağa Mirpaşa oğlu 25 sentyabr 1957-ci ildə Şamaxı rayonunda anadan olub. 1972-ci ildə 8 illik internat məktəbini fərqləmə ilə bitirdikdən sonra, orta təhsilini Şamaxı rayonu 5- saylı orta məktəbində davam etdirib. 1974- cü il tarixində orta məktəbi bitirib və əmək fəaliyyətinə M.Ə. Sabir adına sovxozda xəzinədar vəzifəsindən başlayıb. 1976-1978-ci il tarixində əsgəri xidmətə gedib. 1978-ildən SSRİ daxili qoşunların 65-00 saylı hərbi hissəsinə göndərilərək,  zabit məktəbində təhsil alıb. Tağım komandiri vəzifəsinə təyin edilib.  1985 -ci il tarixində Pedoqoji İnistitun tarix fakultəsini, 1998 -ci ildə Hərbi Akademiyanın “Hüquq” fakültəsini bitirib. Türkiyədə, Misirdə xüsusi xidmət kursları keçib.

1991-ci ilin axırlarında Daxili Qoşunların zabiti olaraq, Milli Qvardıyanın yaradılmasına cəlb edilməklə yanaşı, Zabitlər Cəmiyyətinin yaradıcısı olub.  Həmin ilin axırında Ağdam xüsusi polis dəstəsinə döyüş təlimatçısı olaraq ezam edilib. Ağdam ərazisində “OMON”un  tərkibində erməni separatçılarına qarşı gedən döyüşlərdə iştirak edib. Azərbaycan Respublikası Milli Qvardiyasının yaradıcı zabitlərindən biri olaraq ilk öncə bölük komandiri, Kadırlar Şöbəsinin rəisi və bir çox yüksək vəzifələrdə xidmət edib. Bu müddət ərzində ölkə daxili 5 dövlət çevrilişinin qarşısının alınmasında xüsusi xidmətlərim olub. Milli Qvardiyanın tərkibində 1992-93- cü illərdə ermənilərə qarşı gedən döyüşlərə döyüş komandiri olaraq rəhbərlik edib. 1993-il 5 aprel və 9 aprel tarixində döyüş bölgəsinə səfər edən ölkə rəhbərliyi tərəfindən ona Milli Qəhrəman adı elan edilib. 1993-cü il 23 avqust tarixindən sonra ölkə prezidentinin sərəncamına əsasən Milli Qvardiyada struktur dəyşikliyi başlayıb. Bundan sonra o, qərərgah rəisi, tabor komandiri, komandan müavini vəzifələrində çalışıb.

1996-cı il tarixindən Ali Hakimiyyət və İdarəetmə Orqanlarının Baş Mühafizə idarəsində müəyyən vəzifələrdə çalışıb. Xidmətim dövrü polkovnik hərbi rütbəsinə qədər yüksəlib. 2002-ci ilin dekabrın 25- də ehtiyata göndərilib.

Həmçinin oxuyun

Ordumuza hörmətsizlik edən “AZGRANATA” ya SƏRT ETİRAZ

Əsgər adı şərəfdir, ucadır, həm də bizim üçün ləyaqət rəmzidir. 44 günlük Vətən müharibəsində də …