Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / “Döyüş Ermənistan ərazisində aparılmır” – Putin

“Döyüş Ermənistan ərazisində aparılmır” – Putin

“Döyüş əməliyyatları Ermənistan ərazisində aparılmır”.

“ Azinforum.az ” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Moskva. Kreml. Putin” verilişinin aparıcısı Pavel Zarubinə verdiyi eksklüziv müsahibəsində deyib. 

Putin qeyd edib ki, münaqişə tərəfləri Rusiyaya yad deyillər: “Rusiya ərazisində 2 milyon azərbaycanlı və 2 milyondan çox erməni yaşayır. Vətəndaşlarımızın əksəriyyəti hər 2 respublika ilə dost və hətta qohumluq əlaqələri saxlayırlar. İnsanların ölümü, itkinin artması böyük faciədir”. 

Rusiya tərəfləri Dağlıq Qarabağ ərazisindəki döyüş əməliyyatlarını dayandırmağa çağırıb:

“Biz ümid edirik ki, bu münaqişə yaxın zamanda həll ediləcək. Amma bütünlüklə həll edilməsə belə, biz tərəfləri atəşi dayandırmağa çağırırıq. Bunu maksimum tez icra etməliyik”. 

O həmçinin xatırladıb ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür: “Bu müqavilə ilə bağlı Rusiyanın Ermənistan qarşısında müəyyən öhdəlikləri var. Döyüş əməliyyatları Ermənistan ərazisində aparılmır. Rusiyanın öhdəliklərinə gəlincə, biz həmişə bu öhdəlikləri yerinə yetirmişik, yetiririk və yetirəcəyik”. 

Putin qeyd edib ki, daim Ermənistanın Baş naziri Nikol Paşinyanla iş əlaqəsi saxlayır: “Ermənistan rəhbərliyində Rusiyanın öhdəliklərinin icrası ilə əlaqədar heç bir sual yeri yoxdur”. 

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …