Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Aktual / Dövlət Təhlükəsizliyi Xidməti dünya azərbaycanlılarını belə təbrik etdi

Dövlət Təhlükəsizliyi Xidməti dünya azərbaycanlılarını belə təbrik etdi

Azinforum.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti özünün facebook səhifəsində Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib.

Təbrik mətnində deyilir:

“Əziz və hörmətli həmvətənlər!

Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ürəkdən təbrik edir, ən xoş və səmimi arzularımızı çatdırırıq!
Qürurvericidir ki, Ulu Öndər Heydər Əliyev dühasından, azərbaycançılıq, milli birlik məfkurəsindən qaynaqlanan, bütün soydaşlarımızın ilhamla və hədsiz şövqlə qeyd etdiyi bu əlamətdar günlər xalqımız tərəfindən hər zaman olduğu kimi böyük fəxarətlə, bol sevinc və sabaha dərin inamla qarşılanır.
Möhtərəm Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı Zati-aliləri cənab İlham Əliyevin uzaqgörən, qətiyyətli və uğurlu milli inkişaf strategiyası sayəsində müstəqil və regionun lider dövləti olan Azərbaycan gündən-günə daha da inkişaf edir və qüdrətlənir.
Hər birinizi bir daha səmimi qəlbdən təbrik edir, uzun ömür, möhkəm cansağlığı, ailənizə xoşbəxtlik və səadət, Dövlətimizin başçısı möhtərəm Prezident Zati-aliləri cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə doğma Vətənimizin çiçəklənməsi və yeni zəfərləri naminə bütün işlərinizdə müvəffəqiyyətlər diləyirik!”

Həmçinin oxuyun

Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? – AÇIQLAMA

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması …