Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Aktual / Dövlət məmuruna məxsus AA serialı “Mercedes” qəza şəraiti yaratdı – VİDEO

Dövlət məmuruna məxsus AA serialı “Mercedes” qəza şəraiti yaratdı – VİDEO

Bu gün səhər saat 08:25 radələrində “10-AA-128” dövlət nömrə nişanlı “Mercedes-Benz” markalı avtomobil Bakının Vaqif prospektindən Ceyhunbəy Hacıbəyli istiqamətində hərəkət edərkən yol qaydalarını kobud şəkildə pozaraq, qəza şəraiti yaradıb.

Dövlət məmurlarından birinə məxsus olan sözügedən avtomobilin sürücüsü işıqforın qırmızı işığında gözləyən digər avtomobillərin əksi istiqamətində hərəkət edərək, kobud qayda pozuntusuna yol verib.

Sözügedən avtomobilin sürücüsü qaydanı pozan zaman ərazidə Yol Polisi əməkdaşları da xidmət aparıb. Avtomobilin qayda pozuntusu ərazidə quraşdırılan kameralara da düşüb/olke.az

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …