Ana səhifə / Aktual / Dövlət İmtahan Mərkəzində Apellyasiya Komissiyası yaradıldı – Səbəb

Dövlət İmtahan Mərkəzində Apellyasiya Komissiyası yaradıldı – Səbəb

Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının birinci mərhələsi ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün Dövlət İmtahan Mərkəzində (DİM) Apellyasiya Komissiyası yaradılıb.
DİM-dən Mia.az-a verilən məlumata görə, Apellyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək.
Bakalavrlar Apellyasiya Komissiyasına fevralın 26-dan 28-nə kimi saat 10:00-dan 17:00-dək şəxsən müraciət edə bilərlər. Müraciət üçün şəxsiyyəti təsdiq edən sənədin əsli və surəti təqdim olunmalıdır.

 

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …