Ana səhifə / Aktual / “Dövlətə müxalif olan heç bir təşkilatla dostluq etmərəm” — Elton Məmmədov

“Dövlətə müxalif olan heç bir təşkilatla dostluq etmərəm” — Elton Məmmədov

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər idarəsinin müdiri, sabiq deputat Elton Məmmədovun “Demokrat.az” xəbər portalına müsahibəsi:


II hissə (müsahibənin əvvəlki hissəsi ilə buradan tanış olmaq olar)


— Oğlunuz Aynar Məmmədovun 2014-cü ildə “Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlunu döydürməsi barədə xəbərlər yayılmışdı. Hətta, oğlunuz həmin jurnalistin döyülməsi ilə bağlı iş üzrə ifadə vermişdi…


— Xeyr, oğlum jurnalisti döydürməyib. Bu, tamamilə yalan və böhtan idi. Axı siz bu sualları haradan çıxarırsız? “Yeni Müsavat”a kimin rəhbərlik etdiyini biz gözəl bilirik. Zamanında onunla da vuruşmuşuq. 


— İndi “Yeni Müsavat” qəzeti ilə dostlaşmısınız? 


— Xeyr, mən Müsavatla heç zaman dost olmamışam. Ümumiyyətlə, dövlətə müxalif olan heç bir təşkilatla dostluq etmərəm. Mənim bir əqidəm var, o da dövlətə xidmətdir. Mənim amalım rəhbərə və dövlətə sədaqətlə xidmət etməkdir. “Yeni Müsavat”la da mənim heç vaxt əlaqəm ola bilməz. 

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …