Ana səhifə / Aktual / Dövlət Xidmətinə yeni rəis təyin edildi – İnam Kərimovdan daha bir dəyişiklik

Dövlət Xidmətinə yeni rəis təyin edildi – İnam Kərimovdan daha bir dəyişiklik

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinə yeni rəis təyin edilib.
Azinforum.az “Report”a istinadən bildirir ki, bu, Mirzə Əliyevdir.
O, bundan əvvəl “Azərbaycan Dəmir Yolları” QSC-də, “Kapital Bank” ASC-də, BTM-nin Cenevrədəki (İsveçrə) ofisində çalışıb.
Xatırladaq ki, indiyə qədər Dövlət Xidmətinə rəhbərlik etmiş Rüfət Rüstəmzadə bu ilin fevral ayında Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini təyin edilib. Bu təyinatdan sonra onun səlahiyyətlərini müvəqqəti olaraq müavini Zaur Əliyev icra edib.

Həmçinin oxuyun

Azərbaycanlı qardaşlardan inanılmaz iddia: Daimi mühərrik yaratdıqlarını deyirlər

Köçəri və Məhəbbət Əmiraslanlı qardaşları əslən Kəlbəcər rayonundan olsalar da məcburi köçkün kimi Oğuz rayonunun …