Cümə , Dekabr 4 2020
Ana səhifə / Aktual / Dövlət tibb müəssisələrində peyvəndlər pulsuzdur – baş pediatr

Dövlət tibb müəssisələrində peyvəndlər pulsuzdur – baş pediatr

“Özəl klinikalarda vaksinlərin baha olması səbəbindən daha keyfiyyətli olması barədə deyilənlər şayiələrdir. Belə şayiələrin yayılmasına özəl müəssisələrin özləri şərait yaradırlar”.

Virtualaz.org xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş pediatrı, Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda peyvəndi dövlət özü alır və hər il peyvəndlərə milyonlarla manat xərclənir. Amma buna baxmayaraq, dövlət tibb müəssisələrində peyvəndlər pulsuzdur: “Bütün dünyada olduğu kimi, Azərbaycanda da dövlət vaksini istehsalçıdan alarkən bir neçə il müddətinə müqavilə bağlayır. Dövlət istehsalçıdan milyon dozlarla peyvənd alır, bu, ona ucuz başa gəlir. Özəl şirkətlər isə vaksinləri dərman şirkətlərindən tək dozlarla alır və buna görə qiyməti bahalaşdırırlar. Valideynlər də düşünür ki, əgər qiymət bahadırsa, demək həmin vaksin daha yaxşıdır. Belə halların olmaması üçün hamımız bu proseslərdən məlumatlı olmalı və ona qarşı mübarizə aparmalıyıq”.

N.Quliyev əlavə edib ki, Azərbaycanda peyvənd etdirmək könüllüdür. Amma valideyn peyvənddən imtina edirsə, bundan yazılı şəkildə imtina etməli və imtinanın səbəbini əsaslandırmalıdır. Baş pediatr həmçinin bildirib ki, Azərbaycan dövləti peyvəndi öz maliyyə vəsaiti ilə alır, UNICEF bu prosesdə yalnız vasitəçilik edir.

Həmçinin oxuyun

Şəhid şöbə müdirinin ailəsindən – Videoreportaj

“Dedim istəmirəm gedəsən, uşaqlarımız var. Dedi yox, gedirəm və qayıdacağam. Mən indi 3 övladın sayəsində …