Bazar ertəsi , Avqust 19 2019
Ana səhifə / Aktual / Dövlət qulluqçusu borca görə özünü asdı – Gəncədə + Foto

Dövlət qulluqçusu borca görə özünü asdı – Gəncədə + Foto

Bu gün gecə saatlarında Gəncə şəhərində intihar hadisəsi baş verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, şəhər sakini 1983-cü il təvəllüdlü Kamal Yaqubov özünü asıb.

Yaxınları bildirib ki, Kamalın çoxlu borcu olub və qaytara bilmədiyi üçün intihar edib. K.Yaqubov həm də bizneslə məşğul olub, özünün qapı istehsal edən sexi var. Onun 1 yaşlı oğlu və 5 yaşlı qızı var.

K.Yaqubov Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsində Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətində işləyirdi.

Gəncə Şəhər Prokurorluğundan “Qafqazinfo”ya bildirilib ki, faktla bağlı araşdırma aparılır.

 

Dövlət qulluqçusu borca görə özünü asdı  -   Gəncədə + Foto

 

Həmçinin oxuyun

Mikayıl Cabbarovdan “Relax” qarşıdurması haqda – Paylaşım

Deputat İqbal Məmmədova məxsus “Relax” istirahət mərkəzində baş verən qalmaqala vergilər naziri Mikayıl Cabbarov da …

Bir cavab yazın