Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Aktual / Dövlət idarəsi bazarda 130 manat olan sementi 150 manata alır… – FOTOFAKT

Dövlət idarəsi bazarda 130 manat olan sementi 150 manata alır… – FOTOFAKT

Zaqatala və Qax Suvarma Sistemləri İdarələri tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Tender müsabiqəsinin qalibləri iki nəfər fərdi sahibkar olub. Zaqatala Suvarma Sistemləri İdarəsinin keçirdiyi tenderin qalibi Alqış Əhməd oğlu İmanov  (VÖEN- 5100862832) olub. Qax Suvarma Sistemləri İdarəsinin keçirdiyi tenderin qalibi isə Rövşən İsmayıl oğlu Əliyev (VÖEN- 4300406972) olub.
Müsabiqənin şərtinə görə adları qeyd olunan şəxslər Zaqatala və Qax Suvarma Sistemləri İdarələrinə əsaslı və cari təmir üçün tikinti materialları satacaqlar.
Satın alınan malların qarşılığnda Zaqatala və Qax Suvarma Sistemləri İdarələri hər iki fərdi sahibkara ümumilikdə 450 min 51 manat 71 qəpik vəsait ödəyəcək.
Tender müsabiqəsində maraqlı məqamlardan biri odur ki, fərdi sahibkar Alqış Əhməd oğlu İmanov Zaqatala Suvarma Sistemləri İdarəsinə 87 min manata 580 ton “M400” markalı sement satacaq və nəticədə İdarə 1 ton sement üçün 150 manat ödəyəcək.
Məlumat üçün bildirək ki, “Dövlət Satınalmaları Haqqında” Qanunun  27-ci maddəsində açıq şəkildə qeyd olunur ki, satınalan təşkilat satınalma prosedurlarının başlanılmasından əvvəl satın alacağı malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətini hesablayır və təsdiq edir. Bir mənbədən satınalma üsulunun tətbiq edildiyi hallar istisna olmaqla, satınalan təşkilat tərəfindən satınalmaların ehtimal olunan qiyməti təsdiq olunmadan satınalma prosedurlarına başlanıla bilməz.
Qanunun 2-ci maddəsində isə qeyd olunur ki, malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti – satınalan təşkilat tərəfindən tenderin elan olunmasından əvvəl mövcud normativ hüquqi sənədlərə uyğun olaraq malların (işlərin və xidmətlərin) müəyyənləşdirilən orta bazar qiyməti.
“Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətlərinin hesablanması üsulları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2019-cu il 18 mart tarixli 106 nömrəli Qərarının 2-ci bəndində göstərilir ki, ehtimal olunan qiymətlərin və ya orta bazar qiymətinin hesablanması 4 üsulla (statistik üsul, bazar (sorğu) üsulu, açıq informasiya üsulu və analoq üsulu) aparılır. Bu zaman ehtimal olunan qiymət 2 və daha çox üsulla hesablandıqda, ən aşağı olan qiymət ehtimal olunan qiymət hesab edilir.
Nazirlər Kabinetinin məlum Qərarının 5.1-ci bəndində qeyd olunur ki, satınalan təşkilat satın alınması planlaşdırılan malların (işlərin və xidmətlərin) təchizatını (işlərin görülməsini və xidmətlərin göstərilməsini) həyata keçirən ən azı 3 (üç) malgöndərənin (podratçının) müxtəlif açıq informasiya mənbələrində (adını göstərməklə) yayımlanan qiymətlər barədə məlumatları əldə edir.
Açıq informasiya üsulu ilə müəyyən etmək mümkündür ki, bu gün bazarda satılan “M400” marka sementin satış qiyməti tender müsabiqəsində göstərilən qiymətlərdən daha aşağıdır. İstənilən elan saytında daxil olmaqla hər kəs “M400” marka sementin neçəyə satıldığını görə bilər. Məsələn, ölkənin ən böyük elan saytlarından biri olan “tap.az”da yerləşdirilən elanda açıq şəkildə göstərilir ki, 40 kiloqramlıq kisələrdə olan “M400” markalı sementin qiyməti 5,2 manata bərabərdir. Belə olan halda 1 ton sementin kiloqramı 130 manata bərabər olacaq. Rəqəmlərdən də göründyü kimi Zaqatala Suvarma Sistemləri İdarəsinin fərdi sahibkar Alqış Əhməd oğlu İmanovdan alacağı sement mövcud bazar qiymətindın 15% bahadır.

Yeniavaz.com

Həmçinin oxuyun

Əsgərlərimiz Ermənistan bayrağını erməninin özünə endirtdirdilər – VİDEO

Azərbaycan və Ermənistanın Kəlbəcər rayonu ərazisindən keçən dövlət sərhədlərinin demarkasiyası zamanı maraqlı hadisə baş verib. …