Cümə axşamı , Aprel 25 2019
Ana səhifə / Aktual / Dövlət Himni və Dövlət Gerbi ilə bağlı yeni qadağalar

Dövlət Himni və Dövlət Gerbi ilə bağlı yeni qadağalar

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Qanun layihəsi haqqında məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, sənəd 9 maddədən ibarətdir. Onun sözlərinə görə, bu qanun Azərbaycanın Dövlət Gerbinin istifadəsi qaydalarını müəyyən edir. Qanun layihəsi ilə Azərbaycanın Dövlət Gerbinin istifadəsinə dair yeni məhdudiyyətlər müəyyənləşib. Layihəyə əsasən, Dövlət Gerbi Konstitusiya qanununa uyğun təsvir edilməli və nəzərdə tutulan qaydada istifadə edilməlidir. Dövlət Gerbinin oturulan, ayaq basılan və natəmiz yerlərə vurulması və ya həmin yerlərdə təsvir edilməsi qadağandır. Qanunun tələblərini pozan şəxslər İnzibati Xətalar Məcəlləsinə, Dövlət Gerbi barədə təhqiredici hərəkətlər edən şəxslər isə Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Birinci vitse-spiker Ziyafət Əsgərov sual verdi: “Biz himni oxuyan zaman farağat vəziyyətində durub oxumalıyıq, yoxsa əlimizi ürəyimizin üstünə qoymalıyıq?” Lakin bu suala konkret cavab verilmədi.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul edildi.

Həmçinin oxuyun

İçərişəhərdə nə baş verir? – Tanınmışlar elə şeylər yazdı ki…

Bir neçə gündür sosial şəbəkələrdə İçərişəhər dövlət tarix-memarlıq qoruğu ilə bağlı böyük kampaniya başlayıb. Ölkənin …