Şənbə , Dekabr 5 2020
Ana səhifə / Aktual / Dövlət Gömrük Komitəsinin polkovnik-leytenantı Gürcüstanda həbs edilib — EKSKLÜZİV

Dövlət Gömrük Komitəsinin polkovnik-leytenantı Gürcüstanda həbs edilib — EKSKLÜZİV

Bu il oktyabr ayının sonlarında Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşı, polkovnik-leytenant Həsənov Rəhim Səlim oğlu Gürcüstan respublikası ərazisində küllü miqdarda psixotrop maddə ilə saxlanılıb.

“Ölkə.Az”-ın əldə etdiyi məlumata görə hazırda Gürcüstan hüquq-mühafizə orqanları tərəfindən istintaq altında saxlanılan R.Həsənov barəsində qanunsuz olaraq psixotrop maddələrin saxlanılması maddəsi ilə cinayət işi başlanıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, 1978-ci il təvəllüdlü R.Həsənov uzun illərdir ki, DGK-də çalışıb. Həsənov Bakı Dövlət Universitetinin hüquq fakultəsində sonra isə Rusiya Gömrük Akademiyasında təhsil alıb. Araşırmalarımız zamanı məlum olub ki, Gürcüstan Respublikasından olan Rəhim Həsənov tez-tez şəxsi işləri ilə əlaqədar olaraq vətəninə gedib-gəlib.

Baş vermiş faktla əlaqədar Dövlət Gömrük Komitəsinin (DGK) mövqeyini öyrənmək mümkün olmadı.

 

Həmçinin oxuyun

“The New York Times” qəzeti Ağdamın Çıraqlı kəndindən yazdı

“The New York Times” qəzetində nəşrin İstanbul bürosunun rəhbəri Karlotta Qollun Azərbaycanın Ağdam rayonunun Çıraqlı …