Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Aktual / “Dövlət çevrilişini bilirdim, məni həbsə atdılar” – Azərbaycanlı iş adamı+ Video

“Dövlət çevrilişini bilirdim, məni həbsə atdılar” – Azərbaycanlı iş adamı+ Video

7 ildən çox Daşkənddə həbsdə yatan “Əliyev Zarqari” (“Əliyev Zərgərlik” ) şirkətinin eks-rəhbəri və  “Gold Center” ticarət mərkəzinin keçmiş sahibi Əhməd Əliyev 21 oktyabrda mətbuat konfransı keçirərək şok məlumatlar açıqlayıb.

“Qafqazinfo”nun “Ozodlik”ə istinadən verdiyi xəbərə görə, “qızıl kralı” kimi tanınan 53 yaşlı azərbaycanlı iş adamı 2012-ci ildə Özbəkistanda bir qrup generalın mərhum Prezident İslam Kərimovun vəzifədən kənarlaşdırılması və o zamankı baş nazir Şavkat Mirziyoyevin fiziki cəhətdən aradan götürülməsi yönündə dövlət çevrilişi hazırladıqlarını açıqlayıb.

“Məni iki səbəbə görə həbs etdilər – iqtisadi və siyasi. İnanıram ki, həbsimin iqtisadi səbəbi Daşkəndin mərkəzində yaradılan “Qızıl Mərkəzi”mi əlimdən almaq istəyi idi. Ancaq bu, ikinci bir səbəb idi. Əsas səbəb siyasi qisas idi. Daha doğrusu, iqtisadi və siyasi səbəblərə görə həbsxanaya getdim. Lakin siyasi səbəbi əsas hesab edirəm. 2011-2012-ci illərdə Özbəkistanda dövlət çevrilişi hazırlandı. Həyata keçirilsə, o zaman Prezident İslam Abduqaniyeviç Kərimov vəzifəsindən uzaqlaşdırılacaqdı. Həmin çevriliş çərçivəsində o dövrdə baş nazir olan Şavkat Mirziyev fiziki olaraq aradan qaldırılacaqdı. Təkrar edirəm, fiziki olaraq aradan qaldırmaq istədilər. Məni yalnız bu barədə bildiyim üçün həbsxanaya göndərdilər”, – deyə Əliyev bildirib.

Biznesmen bu işi şəxsən Milli Təhlükəsizlik Xidməti (MTN) rəhbərinin birinci müavini, general Şuxrat Qulyamovun təşkil etdiyini söyləyib:

Şuxrat Qulamov

“Səhv etmirəmsə, əsassız sözlər danışan adama boşboğaz adlanır? Sözlərini müəyyən sənədlərlə təsdiqləyən insanlar ciddi qəbul olunur. Bu gün dediklərimin hamısını təsdiqləyən sənədlərim var”.

Onun sözlərinə görə, 2014-cü ildə bu sənədləri Özbəkistan rəhbərliyinə, xüsusən Şavkat Mirziyoyevə təhvil verməyə müvəffəq olub.

Qeyd edək ki, 2017-ci ilin iyulunda Mirziyoyev Qulyamovu general rütbəsindən ləğv etdi və onun barəsində cinayət işinin açılmasını əmr etdi. Bir sıra mətbuatda yayılan məlumatlara görə, 10 avqust 2017-ci ildə Özbəkistan Ali Hərbi Məhkəməsi Şuxrat Qulyamovu konstitusiya quruluşu pozmaqda və narkotik qaçaqmalçılığını təşkil etməkdə günahkar bilib. O, ömürlük azadlıqdan məhrum edilib və dövlətə 1 milyard dollardan çox ziyana görə kompensasiya cəzasına məhkum edilib.

Mirziyoyev 19 yanvar 2018-ci il tarixində çıxışı zamanı bu barədə məlumat verərək keçmiş generalı belə təsvir edib: “MTN-də vətən xaini var idi, ömürlük mühakim olundu. Qulyamov soyadlı alçaq… Ancaq onun hələ də izləri qalıb”.

Əhməd Əliyev çıxışında Mirziyoyevin onun həyatını xilas etdiyini sözlərinə əlavə edib.

Həmçinin, onun azadlığa qovuşmasına göstərdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyev, həbsdə olduğu müddətdə həmişə ailəsinin yanında olan Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevə  təşəkkür edib.

İş adamı eyni zamanda Azərbaycan Xarici İşlər Nazirliyinə Özbəkistan tərəfinə bir neçə dəfə nota verdiyinə görə minnətdarlıq edib.

Xatırladaq ki, Əhməd Əliyev, həyat yoldaşı və şirkətinin digər 9 işçisi 2012-ci ildə həbs edilmiş, respublikanın Cinayət Məcəlləsinin 23 maddəsi ilə ittiham olunmuşdular. 2013-cü ildə Daşkənd şəhər Cinayət Məhkəməsi Əliyevi mütəşəkkil cinayətkar dəstə yaratmaqda ittiham edərək 20 il müddətinə azadlıqdan məhrum etmişdi. 2019-cu ilin sentyabrında məhkəmə işə baxıb və Əliyevin bəraətinə qərar verib.

Həmçinin oxuyun

Ordumuza hörmətsizlik edən “AZGRANATA” ya SƏRT ETİRAZ

Əsgər adı şərəfdir, ucadır, həm də bizim üçün ləyaqət rəmzidir. 44 günlük Vətən müharibəsində də …