Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Dövlət çevrilişində ittiham olunan 236 nəfər bəraət aldı

Dövlət çevrilişində ittiham olunan 236 nəfər bəraət aldı

İstanbul məhkəməsi vəkillərin vəsadətlərini təmin edərək “Gürz” (“Balyoz”) dövlət çevrilişi planı haqqında iş üzrə 236 nəfərə bəraət verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bəraət almışlar arasında sabiq yüksək rütbəli hərbçilər, siyasətçilər və jurnalistlərin adı var.

Antalyanın 4-cü ağır cinayətlər məhkəməsi istintaqa cəlb olunanların günahlarının sübuta yetirilmədiyini, əvvəl təqdim olunan dəlil-sübutların hökm çıxarmaq üçün kifayət etmədiyini qərara alıb.

Xatırladaq ki, “Balyoz” işi üzrə hökm 2012-ci ildə verilmişdi. Məhkəmə prosesində ümumilikdə 365 nəfər keçib, onlardan 250 nəfəri həbs edilmişdi.

Həmçinin oxuyun

DTX 105 yaşında – VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb. Azinforum.az xəbər verir ki, qurumun sosial …

Bir cavab yazın