Bazar ertəsi , Sentyabr 25 2023
Ana səhifə / Aktual / Dövlətə maliyyə borcu olan QHT-lərə yenidən qrant paylayıblar

Dövlətə maliyyə borcu olan QHT-lərə yenidən qrant paylayıblar

İSBAM sədri Samir Adıgözəlli Azinforum.az-a açıqlamasında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin fəaliyyəti ilə bağlı maraqlı faktlar açıqlayıb: “QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2023-cü il Qrant müsabiqəsi ətrafında sadəcə söz – söhbət deyil, ciddi qanun pozuntularına yol verildiyi məlum olmaqdadır .
Müsabiqə zamanı qalib elan edilən bir sıra QHT-lərin dövlətə bundan öncəki qrantdan borclu qaldığları haqda əsaslı faktlar var.
2021-ci il qrant müsabiqəsində tələb olunan icra planını həyata keçirməyən bir sıra QHT-lərin dövlət büdcəsinə borclu qaldığları vəsaiti geri ödəmədən bu il qalib elan edildikləri bildirilir. Bəzi təşkilatların isə 2022-ci il layihəsi tamamlamadan cari il üçün növbəti qrant müsabiqəsində qalib elan ediliblər.
Nəticə etibarı ilə maliyyə hesabatları yekunlaşmamış, borclu qaldığları vəsaiti geri qaytarmamış bir sıra QHT-lərə agentlik tərəfindən qanunsuz olarağ maliyyə vəsaiti veriləcək. Təəssüflər olsun ki, agentlik rəhbərliyi bu cür ciddi nöqsanlara məqsədli şəkildə yol verməklə , əsasnaməsinə və müvafiq qanunvericiliyə zidd qərarlara imza atmışlar. Maliyyə nazirliyini və digər müvafiq dövlət qurumlarını müsabiqədə qalib elan edilmiş təşkilatların içərisində yuxarıda qeyd olunan hallar ilə əlaqədər araşdırma aparmağa çağırıram.
Bütün qanunsuzluqlari müşahidə edərək , həm cəmiyyəti məlumatlandırıb həmdə mübarizəmizi aparacağıq”.

Azinforum.az

Həmçinin oxuyun

`Bolmart` vətəndaşı parkinqlə `cəzalandırır` – Müştəriyə “qapı açıq”, müştəri deyilsənsə “pul ödə”

Bəzi mağazalara vitrindəki məhsulların baha qiymətə vətəndaşlara satılması bəs etmirdi, indi də özlərindən yeni qanunlar …