Ana səhifə / “Dövlətə heç 1 manat da ödəməyənlər…” – Cərimələnən müğənni

“Dövlətə heç 1 manat da ödəməyənlər…” – Cərimələnən müğənni

Müğənni Elton Hüseynəliyev hələ də vergi borcunu ödəməməyinə münasibət bildirib.

“Qafqazinfo”nun məlumatına görə, müğənni bildirib ki, 12 min manat dəyərində olan vergi borcunun bir hissəsini ödəyib:

“Hörmətli jurnalistlər və Vergilər Nazirliyinin əməkdaşları… Bu gün yaydığınız məlumatda adını sadaladığınız müğənnilərin içində mənim də adım var. Amma nəzərinizə çatdırım ki, onlardan fərqli olaraq mənə kəsilən 12 min manat vergi borcumdan 5 min manatı 2015-ci il dekabrın 25-də ödəmişəm. Və toyların olmadığından qalan 7 min manatı işim olanda ödəyəcəyəm. Dövlət vergisindən yayınan və heç 1 manat da ödəməyənlər içində məni ən axırıncı sıraya qoymağınızı düzgün qarşılamıram. Çünki ən azından mənə qoyulan vergi borcunun 50 faizini ödəmişəm”.

Qeyd edək ki, Vergilər Nazirliyinin rəsmi səhifəsi şou-biznesə aid fəaliyyətlərlə məşğul olan şəxslərin vergiyə cəlb edilməsi barədə yeni məlumat yayıb.

Məlumatda hələ də vergi borcunu ödəməyən məşhurların adları əks olunub.

Siyahıda Elton Hüseynəliyev, Zamiq Hüseynov ( 4750 manat), Emil Bədəlov ( 3640 AZN), Şeron qrupu ( 13 min mana), Xəyyam Nisanov ( 4300 manat) , Rəqsanə İsmayılova ( 4350 manat) kimi məşhurların adı yer alıb.

“Dövlətə heç 1 manat da ödəməyənlər...” -  Cərimələnən müğənni

 

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …

Bir cavab yazın