Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / “DOSTLUQ PARKI” ƏTRAFINDA YENİ HƏBSLƏR (ÖZƏL)

“DOSTLUQ PARKI” ƏTRAFINDA YENİ HƏBSLƏR (ÖZƏL)

Hüquq-mühafizə orqanları Səbail rayonu ərazisində olan “Dostluq parkı” ətrafında cərayan edən proseslərlə bağlı yeni həbslər həyata keçirib. Bu barədə Azinforum.az-a etibarlı mənbə məlumat verib. Mənbənin dediyinə görə,  həbs edilən son iki şəxs Səbail bələdiyyəsinin keçmiş işçiləridi: “Bu günlərdə Səbail bələdiyyəsinin keçmiş memarı Etibar və həmin bələdiyyənin torpaq şöbəsinin müdiri işləmiş Famil Quliyev “Dostluq parkı” işi ilə bağlı həbs ediliblər. Famil Quliyev həbs edilən ana kimi İçəri Şəhərdəki Mənzil İstismar İdarələrindən birinin rəisi işləyirdi”.

Qeyd edək ki, həbs edilən hər iki şəxs Səbail bələdiyyəsinin keçmiş sədri Əhməd Vəliyevin vaxtında orda işləyiblər. Mənbənin dediyinə görə, aparılan araşdırmalar zamanı müəyyən olub ki, sözügedən adamlar  keçmiş sədrin adından bəzi sənədlərə saxta imzalar atıblar.

Adları çəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq.

Rövşən ƏLİ

Azinforum.az

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın