Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / “Dörd pişiyim var, ona görə ərə getmirəm” – Azərbaycanlı aktrisa

“Dörd pişiyim var, ona görə ərə getmirəm” – Azərbaycanlı aktrisa

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın məşhur “Kurtlar vadisi” serialının Polat Alemdarı Necati Şaşmazı keçirdiyi tədbirə dəvət etməməsi ilə bağlı Pana Film şirkəti açıqlama yayıb.
“Pana Film”in məlumatında bildirilir ki, Necati Şaşmaz prezidentin iqamətgahında keçirilən Respublika günü ilə bağlı mərasimə səlahiyyətli şəxslər tərəfindən dəvət olunub.
“Lakin əvvəlcədən planlaşdırılan xaricə səfərə görə Şaşmaz mərasimdə iştirak edə bilməyib. Bu barədə prezidentin səlahiyyətli nümayəndələrinə də məlumat verilib. Yayılan xəbərləri Necati Şaşmaz haqqında son günlər sistemli şəkildə dərc edilən qaralama xarakterli xəbərlərin davamı kimi qiymətləndiririk. Bu xəbərləri yayan internet saytlarına  hüquq çərçivəsində cavab veriləcək”, – məlumatda deyilir.
Qeyd edək ki, “Pana Film”in Türkiyədə baş verən 15 iyul dövlət çevrilişinə uğursuz cəhddən 2 ay əvvəl “Kurtlar vadisi Darbe” adının patentini alması üzə çıxmasından sonra Necati Şaşmazın əleyhinə KİV-də müxtəlif məlumatlar yayılıb. Bunlardan biri Şaşmazın polis bölməsinə çağırılaraq ifadəsinin alınmasıdır.(baku.ws)

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …

Bir cavab yazın