Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Doğuş Xoşqədəm haqqında nələr dedi – ÇOX MARAQLI

Doğuş Xoşqədəm haqqında nələr dedi – ÇOX MARAQLI

Ötən ilin bu günü nigaha daxil olan teleaparıcı Xoşqədəm Hidayətqızı vı türkiyəli müğənni Doğuşun toyunun bir ili tamam olur.
Moderator.az xəbər verir ki, hər iki məşhur İnstagramda bir-birilərini təbrik edib.
 
Doğuş:
“Mənim günəşim! Telefondan şəklinə baxanda belə, istiliyini, hüzurunu hiss edirəm. Yaxşı ki, həyatımdasan, yaxşı ki, həyat yoldaşım, nəfəsim oldun. Səni sevirəm. Səni sonsuzadək sevəcəyəm. Səninlə qocalıb, səninlə öləcəyəm. Mənim ən gözəl həyatımsan, həyat yoldaşımsan. Uşaqlarımızla, xoşbəxt evimiz olsun. Bu ilk ildönümün ayrılığı məni kədərləndirdi. Bir də heç vaxt özəl günlərdə ayrı olmayaq, gözəl xanımım. Səni çox sevirəm, həmişə də çox sevəcəyəm. İlk ilimiz mübarək olsun, əzizim”
 
Doğuşun yanında ola bilməyən Xoşqədəm isə bunları qeyd edib:
“Düz bir il əvvəl bu günü… Mənim dəyərli dostlarım, sizlərə xoşbəxtlik, sağlıq və hüzurlu bir yuva hazırlayıram. Allahıma şükr edirəm ki, bu gün güvənə biləcəyim, ən xoş günümdə, ən çətin anımda əlimdən tutan, mənlə sevinən, kədərlənən ailəm var. Allah evimizdən atamızı, anamızı əskik etməsin. Rəbbim bütün ailələrə xoşbəxtlik nəsib etsin. Qarşımıza qısqanc, paxıl, qəlbi pisliklərlə döyünən şeytanları çıxarmasın. Doğuş, nə yaxşı ki, varsan, səni tanıdım, bir ömür boyu yol getməyi seçdim. Sən məni dəyişdin. Hər dəfə şikayətlənəndə keçdiyin yolu, qarşılaşdığın insanları xatırladaraq, mənə şükr etməyi öyrətdin. Səninlə daha da müdrikləşdim. Nə yaxşı ki varsan”.

 

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın