Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Aktual / Doğuş edən 17 yaşlı qıza görə əri və valideynləri polis şöbəsinə çağırıldı

Doğuş edən 17 yaşlı qıza görə əri və valideynləri polis şöbəsinə çağırıldı

Xəbər verdiyimiz kimi, Gəncə şəhərində yetkinlik yaşın çatmayan hamilə qız doğuş həyata keçirib.

Unikal.org-un əldə etdiyi məlumata görə, faktla bağlı Gəncə Şəhər Polis idarəsində araşdırmaya başlanılıb. 2003-cu il təvəllüdlü Gəncə sakini olan qızın Göygöl rayonuna ərə getdiyi müəyyən olunub. Qızın 18 yaşı tamam olmadığı üçün onlar rəsmi nigaha girməyiblər. Onunla ailə həyatı quran şəxs isə polis şöbəsinə dəvət olunub onun və qızın valideynlərinin izahatı alınıb.

Qeyd edək ki, 2003-cu il təvəllüdlü, şərti adı N.Z olan şəhər sakini təcili tibbi yardım maşını ilə doğuş üçün xəstəxanaya aparılıb. O, xəstəxanaya çatdırılsa da “uşaq salma” olduğundan körpəsi dünyasını dəyişib.

Hazırda qadının vəziyyətinin kafi olduğu bildirilir.

Həmçinin oxuyun

Zəngilan şəhərində Azərbaycan bayrağı dalğalanır – Video

Azərbaycan Silahlı Qüvvələri həyata keçirdiyi əks-hücum əməliyyatları çərçivəsində bu gün Cəbrayıl, Füzuli, Xocavənd və Zəngilan …