Çərşənbə , Yanvar 16 2019
Ana səhifə / Aktual / Doğum gününü qeyd edən Vasif Talıbovun həyat yolu

Doğum gününü qeyd edən Vasif Talıbovun həyat yolu

Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun doğum günüdür. Azinforum.azxəbər verir ki, V.Talıbov 59 yaşını qeyd edir. 

Qeyd edək ki, Vasif Talıbov 14 yanvar 1960-cı ildə Naxçıvan Muxtar Respublikası Şərurrayonunun Aşağı Aralıq kəndində anadan olub. O, 1981-ci ildə Naxçıvan Dövlət Pedaqoji Institutunun tarix-filologiya fakültəsini və 1998-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 

Əmək fəaliyyətinə 1976-cı ildə Şərur rayon xalq maarif şöbəsində başlayıb, sonra isə Naxçıvan alt trikotaj fabrikində kadrlar üzrə inspektor (1982-ci il), xüsusi şöbənin rəisi vəzifələrində çalışıb. 

Vasif Talıbov 1991-ci ilin sentyabrından 1994-cü ilin aprelinədək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin baş köməkçisi, 1994-cü ilin aprelindən 1995-ci ilin dekabrınadək Naxçıvan Muxtar Respublikası Baş nazirinin xarici- iqtisadi əlaqələr üzrə birinci müavini vəzifələrində işləyib. 

V.Talıbov Yeni Azərbaycan Partiyasının yaranmasında fəal iştirak edib. 1995-ci il aprelin 8-də keçirilən konfransında YAP Naxçıvan Muxtar Respublika təşkilatının sədri seçilib. 

Azərbaycan Respublikası I-IV çağırış Milli Məclisinin, Naxçıvan Muxtar Respublikası I-IV çağırış Ali Məclisinin deputatı, hər çağırışda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilib. 

Vasif Talıbov, həmçinin Naxçıvan Ensiklopediyasının yeni ikicildlik nəşri (2005-ci il) və «Naxçıvan abidələri» ensiklopediyasının redaksiya heyətinin sədridir. Naxçıvan Dövlət Universitetinin, Gürcüstan Şota Rustaveli adına Dövlət Universitetinin və Batumi Dövlət Universitetinin fəxri doktorudur. 

Azərbaycan Respublikasının Prezidentİlham Əliyevin 13 yanvar 2010-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında qanunvericiliyin təkmilləşdirilməsi və sosial-iqtisadi inkişafın təmin olunmasında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib. 

16 dekabr 1995-ci ildən bu günədək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədridir. 

VIPedu.BIZ

Həmçinin oxuyun

“Bank of Baku”da yeni təyinat olub

«Bank of Baku»da yeni təyinat olub. Amid Qənbərov bankın partnyorlarla iş və alternativ satış departamentinə …