Cümə axşamı , İyun 20 2019
Ana səhifə / Aktual / “Doğum günündə kabab çəkərdim, samovar qaynadardım…” – Şəhid gizirimizin atası…

“Doğum günündə kabab çəkərdim, samovar qaynadardım…” – Şəhid gizirimizin atası…

Bu gün aprel döyüşlərində qəhrəmancasına şəhid olan gizir Ravil Elman oğlu Novruzovun doğum günüdür. R.Novruzov 1986-cı il sentyabrın 5-də Xızı rayonunun Giləzi kəndində anadan olub. Xüsusi Təyinatlılarımızın giziri olan hərbçimiz 2016-ci il aprel döyüşlərində şəhid olub. R.Novruzov aprelin 4-də doğulduğu kənddə böyük izdihamla dəfn edilib.
Şəhidimizin atası Elman Novruzov Moderator.az-a açıqlamasında Ravilin doğum günləri ilə bağlı təəssüratlarını bölüşüb:
“Ravil həmişə doğum günlərini hərbçi yoldaşları ilə evimizdə qeyd edirdi. Mən də onlara kabab çəkərdim, samovar qaynadardım. İndi xatirələr yada düşdükcə, kövrəlirəm. Onun üçün həyata keçirəcəyim arzularım var idi, amma qismət olmadı. İndi Ravilin qəhrəmanlığı ilə təsəlli tapıram. Bu gün otuz iki yaşı tamam olur. Bu münasibətlə həbçi yoldaşları, yaxınlar, qohumlar bizi ziyarətə gəlirlər. Diqqətiniz üçün sizlərə də təşəkkür edirəm”.
Xatırladaq ki, Ravil Novruzov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalı ilə təltif edilib.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

Həmçinin oxuyun

Usubovdan Ağstafadakı qan davası haqda açıqlama: “Vəzifəli şəxslər vaxtı ilə…”

“Azərbaycanda namus və digər əsaslarla törədilən qəsdən adam öldürmə cinayətlərilə bağlı daim təhlillər aparılır”.Bunu jurnalistlərə …