Şənbə , Aprel 20 2024
Ana səhifə / “DODAQLARINI ŞİŞİRDİB, “MƏN KİŞİ İSTƏYİRƏM” MESAJINI VERİRLƏR”

“DODAQLARINI ŞİŞİRDİB, “MƏN KİŞİ İSTƏYİRƏM” MESAJINI VERİRLƏR”

Son illərdə ölkəmizdə estetik əməliyyatların, məxsusi olaraq burun əməliyyatları artıb. Həmin əməliyyatlar bəzi hallarda uğursuz nəticələnir və Bu da, insanlarda depressiya, əsəb, pessimizmə qapılma kimi gərgin hallar yaradır. Əsasən də gənclər belə vəziyyətləri faciə kimi dəyərləndirir. Sonda isə əməliyyat intiharla nəticələnir. Elə ötən gün Bakıda estetik əməliyyat keçirən gənc qız həyatına son qoymaq istəyib. 21 yaşlı Aytən Qulamova son vaxtlar burnundan 2 dəfə estetik əməliyyat keçirib. Lakin əməliyyatların nəticəsi onun ürəyincə olmayıb və gənc qız dərin stress keçirib, buna görə intihara cəhd edib.
Artıq ölkəmizdə problem həddinə çatan bu məsələ barədə Sherg.az-a danışan kulturoloq Aydınxan Əbilov bütün dünyada istər qadınların, istərsə də kişilərin dünyaya gəldikdə olduğu kimi qalmasının düzgünlüyündən danışıb.
O söyləyib ki, Azərbaycanda xüsusilə orta və aşağı təbəqə nümayəndələri təbiətin, Allahın yaratmış olduğu müxtəlif əzalarını ciddi ehtiyac olmadıqda dəyişməyə çalışmır:
“İnsanın 18-20 yaşına qədər yekə, əyri burnu varsa, nəfəs almağına mane olmadığı təqdirdə bunu dəyişməsini anlaya bilmirəm. Əsasən, incəsənət xadimləri, müğənnilər, aktyorlar, hətta siyasətçi və ictimaiyyət nümayəndələrinin efir və cəmiyyət qarşısında olduğunu nəzərə alsaq, onların öz xarici görünüşlərində dəyişiklik etməsini müəyyən qədər anlamaq olar. Onlar həm də estetik cəhətdən müəyyən zövq bəxş etməlidirlər. Ona görə, həmin insanlar estetik əməliyyat etdikdə bu qəbul olunur. Bütövlükdə isə sadə insanların, xanımların yaxud bəylərin öz burunlarını düzəltməyə, kiçiltməyə çalışmasını, dodaqlarını şişirtməsini anlamaq çətindir.
Bir var ki, qədim peşə sahibləri belə hərəkətlərə yol verə. Bu müəyyən qədər cəmiyyət tərəfindən qəbul olunur. Çünki onlar bir mənada, özlərinə müştəri tapmaq üçün, öz əzalarını bir növ obrazlı şəkildə göstərirlər, “mən müştəri istəyirəm”, “mən kişi istəyirəm” tipli mesajlar verməyə çalışırlar. Amma sadə insanların, son zamanlar el dili ilə desək, kənddən çıxıb gəlmiş, indiyə qədər ata-anası çadraya bürünmüş gənclərin bu yollara əl atması birmənalı qarşılanmır”.
A.Əbilov burun əməliyyatlarının, ümumiyyətlə, estetik əməliyyatların Azərbaycanda həyata keçirilməsi daha mənfi nəticələr verdiyini vurğulayıb. Onun fikrincə, klinikaların böyük problemləri olduğu, həkimlərin püxtələşmədiyi, təcrübənin zəif olduğu ölkədə belə tibbi əməliyyatların ciddiləşdirilməsi istənilən effekti vermir:
“Böyük ölkələrdə bunun üçün ciddi təlimlər keçirlər, praktik bilgilər artırılır. Səhiyyə Nazirliklərinin, dövlətin, tibbi siyasətin ciddi nəzarət mexanizmi həyata keçirdiyi yerlərdə belə insanlar estetik əməliyyatlar etməyə risk etmirlər. Amma Azərbaycanda olan, İrandan, başqa ölkələrdən gəlib, baytar həkimlərin əlində olan, yaxud yerli, heç bir lisenziyası olmayan həkimlərin əllərinə əməliyyatlarını təslim etməyin sonu ya ölümlə nəticələnir, ya da ciddi fəsadları qalır. İnsanlar da bundan depressiyaya qapılırlar, sonra isə özlərinə qəsd etməyə qədər gətirib çıxarır”.
Kulturoloq əlavə edib ki, əlil olmuş bu şəxsləri sadə şəxslər, vergi ödəyiciləri saxlamağa məcbur olur. Çünki onlar bu uğursuz əməliyyatlardan sonra dövlət xəstəxanalarına düşürlər:
“10 minlərlə, 100 minlərlə pulu özəl xəstəxanalara verirlər. Əlil olduqda isə dövlət büdcədən həmin şəxsləri dolandırmalı, saxlamalı olur. Bu da digər vətəndaşların ödədikləri hesabına təmin edilir”.

Həmçinin oxuyun

Qazaxın 4 kəndi qaytarılır – RƏSMİ

Qazağın 4 kəndinin qaytarılması razılaşdırılıb. Azinforum.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası və Ermənistan Respublikası …

Bir cavab yazın