Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Direktorun döydüyü şagirdin atası artıq dözə bilmir

Direktorun döydüyü şagirdin atası artıq dözə bilmir

Direktor və müavini tərəfindən oğlunun döyüldüyünü iddia edən ata ölkə rəhbərliyinə müraciət etməyə hazırlaşır.

Bu barədə Axar.az-a açıqlama verən Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən 22 nömrəli məktəbin 9-cu sinif şagirdi Rauf Orucovun atası Nihad Orucov məlumat verib. N.Orucov bildirib ki, oğlunun direktor və onun müavini tərəfindən döyülməsi, oğlunun məktəbə polis nəzarəti ilə getməsi artıq onu narahat edir. Ata oğlu ilə bağlı yaşanan problemin birdəfəlik aradan qalxmasını istəyir:

“Direktor özünü müdafiə etmək üçün mənim uşağımın dərsdən qaçdığını, nizam-intizam qaydalarına riayət etmədiyini deyir. Buna görə məni dərsə çağırırlar. Məktəbin direktor müavini Novruz müəllim mənimlə əlaqə saxlayaraq oğlumun dərsdən yenə qaçdığını bildirdi. Məktəbə gedəndə isə məlum oldu ki, oğlum xəstəliyi ilə əlaqədar özünü pis hiss edib və icazə alıb. Dostlarının köməyi ilə məktəbdən çıxıb və yaxınlıqdakı aptekə aparıblar onu. Direktor müavini Alı Məmmədovdan icazə də alıblar. Aptekdə dərman alıb və özünə gələndən sonra yenidən dərsə qayıdıblar”.

N.Orucovun sözlərinə görə, məktəbin direktoru Azər Ələkbərov onlara qarşı qərəzlidir və bütün bunları qəsdən edir:

“Sabunçu rayonu 14-cü Polis Bölməsinin tədqiqatçısı Əşrəf Əzizovla sonuncu danışığım zamanı mənə bildirmişdi ki, toplanmış bütün materiallar prokurorluğa göndərilib. Məsələ nə yerdədir, məlumatım yoxdur. Artıq dözə bilmirəm. Narahatlıq keçirirəm oğluma görə. Bu problem nə vaxta qədər davam edəcək? Problemin həll edilməsi üçün ölkə rəhbərliyinə müraciət edəcəyəm”.

Qeyd edək ki, 28 fevral tarixində Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən 22 nömrəli tam orta məktəbin direktoru Azər Ələkbərov və onun müavininin məktəbin 9-cu sinif şagirdi Rauf Orucovu jilet geyinmədiyi üçün döydüyü deyilir.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …