Şənbə , Dekabr 5 2020
Ana səhifə / Aktual / Direktor və müəllimlərin işə qəbul qaydaları dəyişir – Açıqlama

Direktor və müəllimlərin işə qəbul qaydaları dəyişir – Açıqlama

Müəllimlərin builki işə qəbul qaydalarının layihəsi artıq hazırdır. Bu qaydalarda yeniliklərin tətbiqi nəzərdə tutulur.
Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib.
O qeyd edib ki, yeni qaydalar növbəti həftələr ərzində təsdiq olunacaq: “Layihə təsdiqləndikdən sonra bu barədə ictimaiyyətə məlumat veriləcək”.
E.Bağırov əlavə edib ki, direktorların da işə qəbulu üçün bu il müsabiqənin keçirilməsi nəzərdə tutulur:
“Yəqin ki, müəllimlərin işə qəbulu müsabiqəsi keçirilənədək bu müsabiqə də baş tutacaq. Həmçinin direktorların işə qəbulu qaydalarında dəyişikliklərin edilməsi nəzərdə tutulur. Amma qaydalar hələ hazır deyil”./Trend/

Həmçinin oxuyun

Şoyqudan Laçın dəhlizi və Xankəndi ilə bağlı AÇIQLAMA

Rus sülhməramlıları Qarabağda sülhü qorumaq üçün hər şeyi edir. Bunu Rusiya Müdafiə naziri Sergey Şoyqu …