Cümə , Aprel 19 2024
Ana səhifə / “Direktor” olan Nadir Qafarzadəyə yalançı dedilər: Müğənni susdu – QALMAQAL

“Direktor” olan Nadir Qafarzadəyə yalançı dedilər: Müğənni susdu – QALMAQAL

Müğənni Nadir Qafarzadənin ona vəzifə verilməsi ilə bağlı açıqlaması təkzib edilib. Belə ki, Abşeron rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlham Manafov Aznews.az-a açıqlamasında Nadir Qafarzadənin onlara müraciət etdiyini, amma müsbət cavab almadığını bildirib.
Müğənni özü isə susur. Belə ki, baş verənlərlə bağlı müğənninin fikrini öyrənmək cəhdlərimiz boşa çıxıb.
Publika.az-ın əldə etdiyi məlumata görə, müğənni Nadir Qafarzadə ilə vəzifə sövdələşməsi olub. Nadirin vəzifəyə gətirilməsi ilə bağlı şifahi razılıq əldə olunsa da, xəbərin mətbuata çıxması qərar dəyişikliyinə səbəb olub.
Qeyd edək ki, Nadir Qafarzadə açıqlama verərək, Abşeron rayonu Qobu qəsəbəsinin Mədəniyyət sarayına direktor təyin olunduğunu, hətta işə də çıxdığını demişdi.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın