Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Aktual / “Direktor mənə dedi ki, həmin adamla “isti” münasibət yarat” — QALMAQALLI DİREKTORDAN ŞOK ŞİKAYƏT

“Direktor mənə dedi ki, həmin adamla “isti” münasibət yarat” — QALMAQALLI DİREKTORDAN ŞOK ŞİKAYƏT

Bir neçə gün öncə direktor müavini direktoru barədə prokurorluq orqanlarına şikayət edən Sumqayıt şəhər 9 nömrəli tam orta məktəblə bağlı daha bir iddia ortaya çıxıb.
“Ölkə.Az”ın məlumatına görə, direktor müavini Təranə Nəsirova rəsmi şəxslərə yazdığı məktubda bu barədə qeyd edib:

Mən 2017 ci ilin oktyabr ayından 9 nömrəli tam orta məktəbə tərbiyə işləri üzrə direktor müavini təyin olunmuşam. Məndən bir neçə gün qabaq 39 nömreli tam orta məktəbdən ibtidai sinif müəllimi Həqiqət Abdullayeva 9 nömrəli məktəbə direktor əvəzi təyin olunub və direktor vəzifəsi boş oldugu üçün həmin vəzifəni ona həvalə edilib. Sonradan mənə məlum oldu ki, bizdən əvvəlki müavinləri qanunsuz olaraq işdən azad ediblər. Onlar da işlərinə bərpa edilmək üçün məhkəməyə müraciət ediblər”.
T.Nəsirova yazır ki, məhkəmə keçmiş müavinlərin işə bərpasıyla bağlı qərar çıxarandan sonra hazırda direktor əvəzi olan Həqiqət Abdullayeva ona çağıraraq, “tapşırıq” verib:

“Bu zaman Həqiqət Abdullayeva məni çağırıb dedi ki, sən keçmiş direktor müavini ilə isti münasibət yarat, ona şər-böhtan at. Dedim ki, bu işi bacarmaram və etiraz etdim. Həmin gündən etibarən Həqiqət Abdullayeva mənə göz verib, işıq vermədi. Bu barədə Təhsil Nazirliyinə və prokurorluq orqanlarına müraciət etmşəm. Qeyd etmişəm ki, əgər mənim başima bir iş gəlsə, bütün məsuliyyət Həqiqət Abdullayevanın üstündə qalir. Bütün səlahiyyətli şəxslərdən acizanə surətdə xahiş edirəm ki, bu məsələyə ciddi baxılsın”.

Qeyd edək ki, Həqiqət Abdullayeva bir neçə gün öncə səsləndirilən iddialarla bağlı saytımıza açqlama verməkdən imtina etmişdi.

Həmçinin oxuyun

Təmkinli Əliyev, özgüvənsiz Paşinyan… – Kimin əlləri daha etibarlı görünür?

İngiltərəli təlimçi və bədən dili mütəxəssisi Martin Nyuman Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri …