Bazar , Noyabr 29 2020
Ana səhifə / Aktual / Direktor-aktyor qalmaqalı ilə bağlı vəkildən açıqlama: “Cinayət tərkibi var…”

Direktor-aktyor qalmaqalı ilə bağlı vəkildən açıqlama: “Cinayət tərkibi var…”

220 saylı məktəb-liseyin direktoru Tural Mirzəliyevin öz iş otağında aktyor Rza Rzayevlə aralarında olan mübahisənin video-görüntüsünü yayaraq ictimailəşdirməsi məsuliyyət yaradır.

Bunu AzNews.az-a açıqlamasında vəkil Adəm Məmmədov məktəb direktoru ilə aktyor Rza Rzayev arasında olan mübahisənin qanuni tərəfini şərh edərkən deyib. Vəkilin sözlərinə görə, vətəndaşın icazəsi olmadan onun çəkilişini aparmaq və görüntülərini yaymaq cinayətdir:

“Rza Rzayev bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Yəni onun icazəsi olmadan direktor çəkiliş aparıb və üstəlik, onu ictimailəşdirib. Bu məsələdə direktor məsuliyyət daşıyır. Tural Mirzəliyev Təhsil Nazirliyi tərəfindən intizam məsuliyyətinə cəlb edilə və tutduğu vəzifədən xaric oluna bilər. Direktor özünə bir o qədər də arxayın olmasın, qanun – qanundur”.

Adəm Məmmədov qeyd edib ki, Rza Rzayevin videoçəkilişi ilə onun altında yazılan ifadələr arasında çox ciddi fərq var:

“Rza Rzayevin əməlində cinayət tərkibi yoxdur. Hüquq-mühafizə orqanlarına müraciət olunsa belə, Rza Rzayevin niyyəti orada xuliqanlıq etmək və ya məktəbin normal fəaliyyətini pozmaq olmayıb. Motiv bəllidir: Rza Rzayevin yaxın qohumu həmin məktəbdə müəllimə işləyir, direktorla onun arasında anlaşılmazlıq var. Belə olan halda, Rza Rzayevin əməlində nə cinayət tərkibi, nə də inzibati məsuliyyət yoxdur. Direktor bu haqda qəti fikirləşməsin. O, sadəcə özünü ictimai qınaqdan qurtarmaq üçün bu addımı atıb”.

Qeyd edək ki, aktyor Rza Rzayevlə 220 saylı məktəb-liseyin direktoru Tural Mirzəliyev arasında mübahisə yaranıb. Tural Mirzəliyev özünün haqlı olduğunu sübuta yetirmək üçün həmin mübahisənin video-görüntüsünü aktyorun icazəsi olmadan yayıb. Daha sonra o, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edildiyini deyib.

Həmçinin oxuyun

Şuşa ətrafında əsgərlərimiz, yoldan keçən ermənilər, yüksək səslə Azərbaycan milli musiqisi…

Noyabrın 25-də Kəlbəcər işğaldan azad edildi və Azərbaycanın nəzarətiə qaytarıldı. Beləliklə, Dağlıq Qarabağ ermənilərini Ermənistanla …