Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / DİRÇƏLİŞ TƏDBİRİ – ƏLİ KƏRİMLİNİN ŞƏRTİ, İQBAL AĞAZADƏNİN ZALDAN QAÇMASI, NEMƏTİN UĞURLU İMİTASİYASI

DİRÇƏLİŞ TƏDBİRİ – ƏLİ KƏRİMLİNİN ŞƏRTİ, İQBAL AĞAZADƏNİN ZALDAN QAÇMASI, NEMƏTİN UĞURLU İMİTASİYASI

Azinforum.az-ın xəbər  verdiyi kimi VHP qərargahında Azərbaycanda milli azadlıq hərəkatının başlanması günü kimi tarixə düşən 17 noyabr Milli Dirçəliş Günü ilə bağlı tədbir keçirilib. Tədbirdə ölkənin tanınmış simaları, partiya liderləri, meydan hərəkatının fəalları və Türkiyədən gələn qonaqlar iştirak edib. Keçirilən tədbiri uğurlu adlandırmaq olar. Çünki uzun müddət müxalif cameənin bir yerə toplana bilməsinə adət etməyən auditoriya üçün, hətta bir-birini həzm etməyən siyasi liderlərin eyni zala toplaşması  düşərgə üçün  kiçik də  olsa bir uğur anlamına gələ bilər. 

Təsadüfi deyil ki, sözügedən tədbirlə bağlı məlumatları əksər KİV-lər “müxalifət bir araya gəldi” başlığı ilə tirajlayıb. Tədbirdəki aura müxalifətçilər üçün o qədər xoş təsir bağışladı ki, çıxış edən liderlər bəzən  toplantının mahiyyətdən uzaqlaşaraq, hakimiyyətin ünvanına sərt tənqidlər belə səsləndirdilər. Toplantının nüvəsini təşkil edən radikal müxalif mövqeyi ilə seçilən liderlərin sırasında  AXCP sədri Əli Kərimlinin olmması bir sıra sualların yaranmasına səbəb oldu.  Biz tədbir təşkilatçılarından AXCP sədrinin tədbirə dəvət olunub və ya olunmaması ilə maraqlandıq.

 

el

 

Azinforum.az-ın sorğusuna cavabda bildirildi ki,  Əli Kərimli həmin tədbirə dəvətli olub, lakin öz ambisiyası hesabına toplantıda iştirak etməyib: “Əli Kərimli ilə tədbirin təşkilatçısı olan Nemət Pənahlı  bir binada yaşayır. Nemət Pənahlı qonşusunu tədbirə dəvət edən zaman AXCP sədri belə bir şərt qoyub ki, BAXCP sədri Qüdrət Həsənquliyev həmin tədbirdə iştirak edəcəksə, onun toplantıya qatılması mümkün deyil. Nemət Pənahlı bu məsələ ilə təşkilat komitəsinin üzvü  Ramiz Tağıyevin maraqlanacağına söz verən zaman, Əli Kərimli deyib ki, yenə Qüdrət Həsənquliyevi hardasa həzm etmək olar, ancaq R.Tağıyev orada olacaqsa,  onun iştirakı mümkünsüzdür. Yəqin bu səbəbdən də, AXCP sədri tədbirdə iştirak etmədi”.

Tədbir zamanı maraqlı hallardan biri də Ümid Partiyasının sədri İqbal Ağazadə ilə bağlı yaşanıb. Söz Bəxtiyar Tuncaya verilən zaman, natiq tribunadan milli azadlıq hərəkatında İqbal Ağazadənin də rolunun olduğu ilə bağlı fikir səsləndirib.  İqbal Ağazadənin adının  ona heç bir aidiyyəti olmayan ampulada təqdim olunması zaldakılar tərəfindən  narazılıqla qarşılanıb və  yerdən replikaların atılmasına  səbəb olub. Bu mənfi atmosferin təsirinə düşən İqbal Ağazadə heç kimdən icazə almadan, zaldakılarla xüdafisləşmədən tədbiri tərk edib.  Reqlamentə əsasən ona söz verilən zaman sabiq deputat artıq zalda olmayıb.

 

n

 

Azinforum.az bildirir ki, tədbirdən ən məmnun ayrılnlardan biri də Nemət Pənahlı olub. Bizdə olan məlumata görə, toplantının bütün maliyyə xərclərini Nemət Pənahlı öz üzərinə götürüb.  Nemət Pənahlının həbsdən sonra bəzi  oliqarx  məmurlarla bir neçə  dəfə təmasının olduğunu nəzərə alsaq, onun sevincinin mahiyyətini anlamaq o qədər də çətin deyil. VHP-nin qərərgahında baş tutan tədbir Nemət Pənahlıya bəzi dairələr qarşısında xal qazanmağa gözəl şərait yaratmış olub. Bununla Nemət Pənahlı həmin adamlara “Mən müxalifəti bir yerə toplamağa qadirəm”  kimi imitasiya xarakterli mesajını vermiş oldu. Çox güman ki, Nemət Pənahlı bu “layihə” çərçivəsindəözünü bir dəfə də 31 dekabir – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı özünü sınamaq qərarına gələcək.

 

m

M.Mirzəyev

Azinforum.az

 

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın