Şənbə , Fevral 24 2024
Ana səhifə / Aktual / DİQQƏT! Bu şadlıq sarayları bağlanacaq – VİDEO – FOTO

DİQQƏT! Bu şadlıq sarayları bağlanacaq – VİDEO – FOTO

Paytaxtda şadlıq saraylarının çox oldugu küçələrdə axşam vaxtı rahat gəzmək olmur. Buna səbəb isə restoranlardan çıxan tüsyüyə görə, göz-gözü görmür, hətta nəfəs almaq belə çətinləşir.

Məsələ ilə bağlı ARB TV-nin “Günə doğru” proqramında maraqlı süjet yayımlanıb.

Sakin: “Boğulursan, restoranın yanından keçəndə bilmirsən hansı tərəfdən keçəsən”.

Sakin: “Ekologiyaya ziyandır, insanların səhhətinə ziyandır”.

Nüsrət Qasımov – Ekspert: “Burda karbon 4 oksid əvəzinə karbon monoksid əmələ gəlir. O da çox zəhərləyici maddədir. 1-ci növbədə qaz işlədiciləri tənzimləmək lazımdır”.

Məhərrəmlik ayının başa çatmasından sonra şadlıq saraylarının fəaliyyəti yenidən genişlənib. Xüsusilə də paytaxtda fəaliyyət göstərən şadlıq sarayları, demək olar ki, hər gün doludur. Nəticədə axşam hava almaq üçün küçəyə çıxanlar təmiz hava əvəzinə zəhərli qazları qəbul edirlər.

Telman Zeynalov – Ekoloq: “Yaxşı da pul qazanırsan qazan da, camaata niyə əziyyət verirsən? Qoyarsan filteri, sourar, onunla da iş bitər”.

Xatırladaq ki, ETSN 4-5 ay öncə paytaxtdakı şadlıq evlərinə havatəmizləyən qurğuların quraşdırılması ilə bağlı xəbərdarlıq etmişdi. Lakin hələ də qaydalara əməl etməyib, tüstüləməyə davam edən restoranlar var. Çəkiliş etdiyimiz şadlıq saraylarının rəhbərləri isə müxtəlif bəhanələr göstərir.

ETSN 9 şadlıq sarayının fəaliyyətinin dayandırılması üçün məhkəmə orqanları qarşısında vəsatət qaldırıb. Araşdırmalarsa davam edir. Görünür bu siyahı daha da genişlənəcək.

 

Həmçinin oxuyun

Paşinyanın müavini Kamil Zeynallıdan danışdı: “Əminəm, amma təfərrüatlara varmayacam”

İrəvan tərəfindən axtarışda olan Kamil Zeynallının Rusiya tərəfi tərəfindən Bakıya ekstradisiyası ilə bağlı Ermənistan müvafiq …