Bazar , Noyabr 29 2020
Ana səhifə / Aktual / “Diqlas”dakı yanğından zərər çəkənlərə bu yerlər təklif edilir – SİYAHI

“Diqlas”dakı yanğından zərər çəkənlərə bu yerlər təklif edilir – SİYAHI

Iqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış danışıqların nəticəsində əldə olunmuş razılaşmaya əsasən, Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğında zərər çəkən sahibkarlara 5 ay icarə haqqı ödənilməmək şərti ilə təklif olunan ticarət obyektlərinin siyahısına daha biri əlavə olunub.
Nazirlikdən Mia.az-a verilən məlumata görə, bu, Bakının Ziya Bünyadov prospektində yerləşən “İmperial” ticarət mərkəzidir. 
Bununla da, zərər çəkən sahibkarlara müvafiq yerlər təqdim edilən ticarət mərkəzlərinin sayı 8-ə çatıb:
1. Ziya Bünyadov prospekti, Böyük Şor, 13 ünvanında yerləşən “İmperial” ticarət mərkəzində – 10 obyekt, 1250 kv. m; Əlaqələndirici şəxs: Yaşar Teymurov (tel: 050 299 04 09)
2. Bakıxanov qəsəbəsi, “Aygün” ticarət mərkəzi, 5-ci mərtəbə – 80 obyekt, 6000 kv. m; Əlaqələndirici şəxs: Araz Rəhimov (tel: 050 215 43 43)
3. Bakıxanov qəsəbəsi, “Meqasiti” ticarət mərkəzi (2 mərtəbəli) – 250 obyekt, 12000 kv. m; Əlaqələndirici şəxs: Araz Rəhimov (tel: 050 215 43 43)
4. Dərnəgül şossesində yerləşən “Eurohome” tikinti bazarında ümumi sahəsi 50-100 kv. m arasında dəyişən 30 mağaza; Əlaqələndirici şəxs: İlyas Möhnətov (tel: 055 297 11 11)
5. Təbriz küçəsində yerləşən “Eurohome Express”də yerləşən geyim və xırdavat satışı üçün nəzərdə tutulan ümumi sahəsi 40-60 kv. m arasında dəyişən 50 mağaza; Əlaqələndirici şəxs: Rauf Əliyev (tel: 050 796 55 55)
6. “Sədərək” ticarət mərkəzində ümumi sahəsi 30 kv. m olan 20 mağaza və 200 kv. m olan 5 anbar; Əlaqələndirici şəxs: Fərid Mahmudov (tel: 050 211 81 89): Qabil Nəhmədov (tel: 050 213 33 68)
7. “AF-COM” Plazada yerləşən geyim satışı üçün nəzərdə tutulan ümumi sahəsi 6000 kv.m olan qapalı sahə (20 kv.m olmaqla bölgü aparıla bilər); Əlaqələndirici şəxs: Rauf Əliyev (tel: 055 313 8118)
8. S.Vurgun küçəsində yerləşn “AF-Center” ticarət mərkəzində tikinti materialları və geyim satışı üçün nəzərdə tutulan ümumi sahəsi 20-50 kv. m arasında dəyişən 50 mağaza. Əlaqələndirici şəxs: Şamil İsmayılov (tel: 050 725 06 60)
Nazirlik üzrə əlaqələndirici şəxs: Əli Hacıyev (tel: 055 255 8007).

Həmçinin oxuyun

Şuşa ətrafında əsgərlərimiz, yoldan keçən ermənilər, yüksək səslə Azərbaycan milli musiqisi…

Noyabrın 25-də Kəlbəcər işğaldan azad edildi və Azərbaycanın nəzarətiə qaytarıldı. Beləliklə, Dağlıq Qarabağ ermənilərini Ermənistanla …