Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / “Dinc sakinlərə raket zərbəsi əclaflıq, qorxaqlıq və qanunsuzluqdur” – Fuat Oktay

“Dinc sakinlərə raket zərbəsi əclaflıq, qorxaqlıq və qanunsuzluqdur” – Fuat Oktay

Ermənistan Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayət törədən terrorçu və işğalçı dövlətdir.

Unikal.org-un məlumatına görə, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay  öz “Twitter” səhifəsində yazıb.

O qeyd edib ki, Gəncəni atəşə tutmaqla Ermənistan bir daha dünya ictimaiyyətinə öz qanlı və məkrli simasını göstərdi: “Dinc sakinlərə raket zərbəsi əclaflıq, qorxaqlıq və qanunsuzluqdur”.

Onun sözlərinə görə, dünya ictimaiyyətinin Ermənisanın cinayətləri qarşısında susması təəssüf doğurur: “Bu cinayətlər cəzasız qalmayacaq”.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …