Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / DİN yanında İctimai Şuranın üzvləri şəhidin anım günündə iştirak edib

DİN yanında İctimai Şuranın üzvləri şəhidin anım günündə iştirak edib

Daxili İşlər Nazirliyi yanında İctimai Şura üzvləri Binə qəsəbəsi Şəhidlər xiyabanında dəfn olunan Tural Abdullayevin anım günündə iştirak edib.

Azinforum.az xəbər verir ki, İctimai Şura adından “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova və “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova anım gününə qatılıb.

Qeyd edək ki, Tural Abdullayev Vətən müharibəsi zamanı Murovdağda 7 saat vuruşaraq, silahdaşları ilə bərabər ermənilərin 6 döyüş mövqeyini və 400 nəfərədək canlı qüvvəsini tərk-silah edərək, verilən tapşırığı uğurla yerinə yetirib. Həmin döyüş tapşırığını yerinə yetirib geri dönərkən şəhid olub.

Tural ölümündən sonra bir neçə, habelə “Qarabağ” medalı ilə təltif edilib.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …