Cümə axşamı , Oktyabr 6 2022
Ana səhifə / Aktual / DİN özünü yandırmağa cəhd edən müharibə iştirakçısı ilə bağlı məlumat yaydı

DİN özünü yandırmağa cəhd edən müharibə iştirakçısı ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi özünü yandırmağa cəhd edən Vətən Müharibəsi iştirakçısı ilə bağlı məlumat yayıb.

“Qafqazinfo”ya daxil olan məlumatda deyilir: 

“Şirvan şəhər sakini Elvin Abdıyev müvafiq sənədləri olmadan avtomobil idarə etdiyi üçün Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb, nəqliyyat vasitəsi müvəqqəti dayanacağa yerləşdirilib və sürücü barəsində protokol tərtib olunub.

Bundan sonra sürücünün qardaşı, Vətən Müharibəsi iştirakçısı Elmir Abdiyev Şirvan Şəhər Polis Şöbəsinə gələrək avtomobilin buraxılması və protokolun ləğv edilməsi barədə qanunsuz tələblər irəli sürüb. Şöbə əməkdaşları tərəfindən onunla izahedici söhbətlər aparılıb və qanunvericiliyə uyğun olaraq tədbir görüldüyü barədə məlumat verilib. 

Lakin saat 20 radələrində E.Abdiyev  şəhər ərazisində özünü yandırmağa cəhd edib. Onun bu cəhdinin qarşısı həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən alınıb və o, şöbə əməkdaşlarının köməkliyi ilə dərhal şəhər xəstəxanasına çatdırılıb. Burada ona zəruri köməkliklər göstərilib və hal-hazırda müalicəsi davam etdirilir. 

Baş verən hadisə ilə bağlı araşdırmalar aparılır”.

Həmçinin oxuyun

Prezident ölkədə COVID-19-la bağlı vəziyyətdən danışdı

“Əminəm ki, ölkəmizə daha çox turist gələcək. Çünki COVID-19-la bağlı rəqəmlər artıq aşağı düşüb və …