Çərşənbə axşamı , Avqust 20 2019
Ana səhifə / Aktual / DİN Mətbuat Şurasının qarşısındakı etiraz aksiyası haqda

DİN Mətbuat Şurasının qarşısındakı etiraz aksiyası haqda

Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) özlərini “müstəqil jurnalistlər” adlandıran bir qrup şəxsin keçirmək istədiyi aksiyanın qarşısının alınması barədə məlumat yayıb.

Azinforum.az DİN-in mətbuat xidmətinə istinadən xəbərinə görə, məlumatda deyilir ki, medianın inkişafı üçün dövlət tərəfindən yaradılmış əlverişli şəraitdən belə sui-istifadə halları mövcud qanunvericiliyin tələblərinə əsasən qətiyyən yolverilməzdir.

“Özlərini müstəqil jurnalist adlandıran həmin şəxslər səhər saatlarında Daxili İşlər Nazirliyinin inzibati binasının qarşısında qanunsuz olaraq toplaşmağa və aidiyyəti dövlət orqanları ilə öncədən razılaşdırmadan aksiya keçirməyə cəhd göstəriblər. Amma polis əməkdaşları tərəfindən bu təxribat xarakterli cəhdin qarşısı alınıb və aparılmış profilaktik söhbətlərdən sonra həmin şəxslər ərazidən uzaqlaşıblar.

Onlar bununla kifayətlənməyərək analoji hərəkətləri Mətbuat Şurasının inzibati binasının qarşısında da təkrarlamağa çalışıblar, lakin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulmasına yol verilməyib”, – deyə məlumatda vurğulanır.

Məlumatda o da bildirilir ki, həmin hadisənin fəal iştirakçılarından olan, xırda xuliqanlıq etmiş bir nəfər saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə aparılıb, orada fərdi söhbətdən və rəsmi xəbərdarlıq ediləndən sonra sərbəst buraxılıb.

Həmçinin oxuyun

Düşmən daha bir tarixi abidəmizin “erməni kilsəsi” adı altında “bərpası”na başladı-FOTOLAR

Azərbaycanın 28-ci ildir ki, işğal altında qalan Xocavənd rayonunun Tuğ kəndində daha bir tarixi abidəmiz …