Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / DİN-in idarəsi işçi axtarır – Diqqət!

DİN-in idarəsi işçi axtarır – Diqqət!

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Beynəlxalq Əməkdaşlıq İdarəsində vakant olan 2 (iki) inspektor və 1 (bir) inspektor-tərcüməçi vəzifələrinə müsabiqə elan edir.

İnspektor vəzifələrinə namizədlər dövlət ali təhsil müəssisələrini beynəlxalq hüquq və beynəlxalq münasibətlər ixtisası üzrə bitirmiş, ixtisası üzrə əmək stajına malik olmalıdır;

İnspektor-tərcüməçi vəzifəsinə namizəd dövlət ali təhsil müəssisələrini tərcüməçi (sinxron-ingilis dili) ixtisası üzrə bitirmiş, ingilis dilini mükəmməl bilən, tərcüməçi kimi əmək stajına malik olmalıdır.

Müsabiqədə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə” ilə müəyyən olunmuş şərtlərə cavab verən, yaşı 30-dan yuxarı olmayan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, özü və yaxın qohumları məhkum olunmamış Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının kişi vətəndaşları iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 2018-ci ilin may ayının 23-dən iyun ayının 23-dək http://www.mia.gov.az/index.php?/az/content/29875/ ünvanında yerləşdirilmiş elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə [email protected] ünvanına – Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə göndərməlidirlər.

Elektron ərizənin qeydiyyata alınması barədə müvafiq məlumat aldıqdan sonra müsabiqədə iştirak üçün dəvət edilən namizədlər aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

– şəxsiyyət vəsiqəsi;

– ali təhsil haqqında diplom;

– hərbi bilet;

* əmək kitabçası (olanlar üçün).

Müsabiqə qalibləri müvafiq xüsusi rütbə verilməklə Azərbayjan Respublikası Daxili İşlər Nazirliyinin kadrları tərkibinə daxil ediləcək və onların qanunvericilikdə müəyyən olunmuş qaydada daxili işlər orqanları əməkdaşlarına şamil olunan imtiyazlardan istifadə hüququ olacaqdır.

Əlavə məlumat almaq üçün əlaqə telefonları:

(012)-590-97-52; (012)-590-93-27.

Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsi və
Beynəlxalq Əməkdaşlıq İdarəsi

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …