Ana səhifə / Aktual / DİN icra hakimiyyətinə girən oğru ilə bağlı MƏLUMAT YAYDI

DİN icra hakimiyyətinə girən oğru ilə bağlı MƏLUMAT YAYDI

Yanvarın 5-də saat 22 radələrində Göyçay Regional Mühafizə Şöbəsindən Ucar rayonu ərazisindəki inzibati binaların birindən oğurluq edilməsi barədə Ucar Rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN Mətbuat Xidmətindən  verilən məlumata görə, dərhal polis əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla xidməti otaqların birindəki seyfin kəsici alətlə qırılaraq pul oğurlamağa cəhd göstərildiyi müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Göyçay şəhər sakini Kənan İsmayılov qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …