Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Aktual / DİN bölmədə döyüldüyü deyilən qadının videosunu yaydı

DİN bölmədə döyüldüyü deyilən qadının videosunu yaydı

Daxili İşlər Nazirliyi Polis Bölməsində özünü şəhid xanımı kimi təqdim edən şəxsə fiziki təzyiq olunması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, nazirlik həmin zaman Xətai RPİ 36-cı Polis Bölməsinə baş verənləri əks etdirən videogörüntü yayıb. 

DİN-dən verilən açıqlamada qeyd olunub ki, Xətai rayonunda yaşayan Arzu Əliyevanın oğlunun əsassız olaraq bölməyə aparılması və ailə üzvlərinə qarşı təzyiq və xəsarət yetirilməsi ilə bağlı iddiaları həqiqəti əks etdirmir, baş verənləri gizlətmək məqsədi daşıyır.

Qeyd edək ki, daha öncə yayımlanan rəsmi açıqamada bildirilib ki, iyulun 6-da A.Əliyevanın oğlu 1996-cı il təvəllüdlü Cahangirov Qorxmaz Rəhman oğlu velosiped oğurluğunda şübhəli kimi Xətai RPİ 36-cı Polis Bölməsinə gətirilib və üzərinə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman 0,85 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək, Xətai RPİ İstintaq şöbəsinə göndərilib. 

Qeyd olunan tarixdə 36-cı bölməyə gəlmiş C.Cahangirovun anası 1970-ci il təvəllüdlü, Xətai rayonunda yaşayan A.Əliyeva özünü şəhid ailəsi kimi təqdim edərək oğlunun sərbəst buraxılmasını tələb edib, həmçinin polis əməkdaşlarının ünvanlarına nalayiq ifadələr səsləndirməklə, bölmənin giriş qapısının şüşəsini sındırmaqla əl-üz nahiyələrinə qəsdən xəsarət yetirib. Eləcə də bölmənin məsul növbətçisinin göz nahiyəsinə yumruq zərbələri endirməklə xəsarət yetirib və qol saatını sındırıb. 

Faktla bağlı toplanmış materiallar Xətai rayon Prokurorluğuna göndərilib.

Həmçinin oxuyun

Bakıda pul qazanıb, ermənilərə 50 min dollar göndərir

Paytaxtda fəaliyyət göstərən iaşə obyekti sahibəsinin ermənilərə dəstək fonduna külli miqdarda vəsait köçürüldüyü bildirilir. Bu …