Çərşənbə axşamı , Yanvar 19 2021
Ana səhifə / Aktual / DİM sədrinin vəfat edən prorektor qızı… – Foto

DİM sədrinin vəfat edən prorektor qızı… – Foto

Xəbər verdiyimiz kimi, bu gün Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin qızı Nigar Abbaszadə qəfil ürəktutmadan vəfat edib. 

“Qafqazinfo”nun məlumatına görə, N. Abbaszadə Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru olub. O,  2016-cı ildən bu vəzifəni icra edib.

Daha əvvəl isə N. Abbaszadə Müəllimlər İnstitutunda prorektor vəzifəsində çalışıb. N. Abbaszadə təhsillə bağlı bir sıra layihələr icra edib.

Artıq çəkidən əziyyət çəkən Nigar Abbaszadənin səhhəti ilə bağlı problemləri olub. Mərhum ailəli imiş, onun 7 yaşlı oğlu və ondan yaşca kiçik qızı var. 

Günel Türksoy

Həmçinin oxuyun

30 ildə Qarabağı talayan xarici şirkətlər – ADLAR

Azərbaycan torpaqları işğal altında olduğu 30 ilə yaxın müddətdə bir neçə beynəlxalq şirkət Qarabağda qanunsuz …