Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad olunacaqlarına inanırıq – Dövlət Komissiyası

Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad olunacaqlarına inanırıq – Dövlət Komissiyası

“Ermənistanın girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələ ictimaiyyətə məlumdur. Onların azad olunması üçün beynəlxalq təşkilatlara müraciət olunub və bu iş davam etdirilir”.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.
O qeyd edib ki, Ermənistanın tutduğu qeyri-konstruktiv və qeyri-humanist mövqe nəticəsində bu günə kimi onların azad olunmasına nail olunmayıb: “Ümid edirəm ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə bu məsələnin öhdəsindən gələ biləcəyik”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …