Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Dilqəm Əsgərovun qardaşı itkin düşüb (FOTOLAR)

Dilqəm Əsgərovun qardaşı itkin düşüb (FOTOLAR)

Kəlbəcər rayonunda ermənilər tərəfindən girov götürülən azərbaycanlı Dilqəm Əsgərovun qardaşı itkin düşüb. 
Bu barədə AzVision.az-a D. Əsgərovun oğlu Kürdoğlu Əsgərov məlumat verib.
O, əmisi Əsgərov Eldar Qardaşxan oğlunun 1997-ci ildən itkin düşdüyünü bildirib: “Əmim Eldar Əsgərov 1962-ci ilin iyunun 20-də Kəlbəcər rayonunda anadan olub. 1997-cı ilin martın 5-də Rusiyanın Çita şəhərinə getdiyini deyərək, evdən çıxıb. Əmim sonuncu dəfə Omsk şəhərində olub. Bundan sonra ondan xəbər tuta bilmirik. Bir neçə dəfə axtarmağa cəhd etsək də, cəhdlərimiz heç bir nəticə verməyib. Atam erməni girovlunda, əmimdən isə heç bir xəbər yoxdur. Onlara görə çox narahatıq”.
Xatırladaq ki, ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdunu ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.
“Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.



Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …

Bir cavab yazın