Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Aktual / Dilqəm Əsgərova görə Ombudsmana müraciət etdilər: “Bircə günlük oğul toyunu görməyi nəsib etdirin”

Dilqəm Əsgərova görə Ombudsmana müraciət etdilər: “Bircə günlük oğul toyunu görməyi nəsib etdirin”

2014-cü il iyul ayında Kəlbəcərdə öz ata-baba yurdularını ziyarət etmək istəyərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən Rusiya vətəndaşı Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov evlənib. Dünən bununla bağlı Kürdoğlu özünün “Facebook” səhifəsində status paylaşaraq atası əsirlikdə olduğu üçün toysuz-düyünsüz ailə qurduğunu yazmışdı.
Bu gün ailəyə yaxın olan Astroloq Səbuhi Rəhimli “facebook” səhifəsində Dilqəm əsgərova görə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanovaya müraciət edib. S.Rəhimli müraciətində ombudsmandan xahiş edib ki, Dilqəm Əsgərovu oğlunun toyuna gətizdirsin:
 “Elmira xanım, ombudsmanlıq edin! Dilqəm Əsgərovun oğlu Kürdoğlunun əmisi sayılıram. Zatən məni hər zaman “əmi” deyə çağırır. İllərdir ata yolu gözləyir ki, sevdiyi qızla evlənsin, ata xeyir-duası alsın. Amma olmur, alınmır, uzanır, ətalət basır, yeknəsək üzücülük hakim kəsilir, bağrı yarılır, can sıxılır, həsrət yaralayır. Yaş isə keçir. Çox məsləhətləşmələrdən sonra qərara gəldik ki, toy olsun. Amma Kürdoğlu dedi ki, təmtəraqlı toy istəmirəm, bircə qazan yemək asılsın, 5-6 yaxın yığışsın, xanəndəsiz-filansız gəlini gətirək. Mən isə bununla razılaşmadım. Belə toy olmur. Dilqəm kimi kişinin qapısında belə xeyir mərasimi ola bilməz. Şöhrətli Elmira xanım, səlahiyyətlərinizdən yararlanıb girov atanı oğul toyuna gətizdirə bilməzmisiniz? Lap beynəlxalq nəzarət altında olsa belə, Dilqəm Əsgərova bircə günlük oğul toyunu görməyi nəsib etdirin, lütfən! Onsuz da atasının hüzründə iştirak edə bilmədi, dəfnini görmədi. Heç olmasa, oğul toyunu görsün!”
Xatırladaq ki, dünən Dilqəm Əsgərovun qardaşı Sahib Əsgərov saytımıza açıqlamasında kövrələrək Kürdoğlunun toysuz-düyünsüz ailə qurduğunu demişdi.

Həmçinin oxuyun

Bərdəyə raketin düşdüyü yerdən – Fotolar

Xəbər verdiyimiz kimi, Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla …