Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Dilçilik İnstitutunun şöbə müdiri: “Radiolarda ən çox avtomobil verilişlərində dil normaları pozulur”

Dilçilik İnstitutunun şöbə müdiri: “Radiolarda ən çox avtomobil verilişlərində dil normaları pozulur”

“Azərbaycan radiolarında ən çox avtomobillərlə bağlı verilişlərdə dil normaları pozulur”.

Bu barədə “Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva deyib.

S.Əliyeva xatıladıb ki, şöbə radioların Azərbaycan ədəbi dilinin normalarına əməl edib-etməməsini öyrənmək məqsədi ilə monitorinqə başlayıb.

Onun sözlərinə görə, radioda olan avto verilişlərdə leksik və fonotik norma pozuntularına çox rast gəlinir: “Avto verilişlərdə həm aparıcıların, həm də qonaqların, yəni ustaların avtomobillə bağlı istifadə etdiyi sahə sözlərinin, terminlərin hamısı rus dilində olur. Amma o sözlərin çoxunun Azərbaycan dilində qarşılığı var. Təbiidir ki, o sözləri hamı o formada, yəni rus dilində olan formasında qəbul edib. Həmin sözləri yalnız Azərbaycan dilində desək çox adam anlamayacaq, bu səbəbdən də insanlar öyrəşənədək hər iki formanı istifadə etmək lazımdır. Məsələn, “sveça” – şamlar, “motor” – mühərrik, “remen” – kəmər”.

Şöbə müdiri qeyd edib ki, dekabr ayının ortalarında Dilçilik İnstitutu Bilik Fondu ilə birgə konfrans keçirəcək: “Həmin konfransa radioların aparıcılarını da dəvət edəcəyik və monitorinqimizin nəticələrini açıqlayacağıq”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …