Ana səhifə / Aktual / Diasporadakı boşluğun daha bir BİABIRÇI TƏZAHÜRÜ… – Bunun adı xəyanətdir…

Diasporadakı boşluğun daha bir BİABIRÇI TƏZAHÜRÜ… – Bunun adı xəyanətdir…

Azərbaycan diasporunun Belarusdakı rəhbəri Baxşı Qəmbərov Minskdə sahibi olduğu klubda erməni olduğu söylənilən müğənni Quram Amaryanın konsertini təşkil etməklə yanaşı, həmçinin “Mulyen Ruj”da Azərbaycan mahnılarının səsləndirilməsinə də qadağa qoyub…

Belarus Azərbaycan İcmaları Konqresi sədrinin müavini, Belarusda fəaliyyət göstərən “Qobustan” Cəmiyyətinin sədri Baxşı Qəmbərov mənsub olduğu xalqa, öz vətəninə qarşı biabırçı, “xəyanət” adlandırıla biləcək addım atıb. Belə ki, Minskdə “Mulyen Ruj” klubunin sahibi olan Baxşı Qəmbərov Minskdə sahibi olduğu klubda erməni əslli müğənni Quram Amaryanın konsertini təşkil etməklə yanaşı, həmçinin “Mulyen Ruj”da Azərbaycan mahnılarının səsləndirilməsinə də yasaq qoyub.

Diasporadakı boşluğun daha bir BİABIRÇI TƏZAHÜRÜ...

PİA.az xəbər verir ki, bu barədə məlumatı “Zerkalo” qəzetinin keçmiş əməkdaşı, hazırda Almaniyada yaşayan jurnalist Mövsüm Hacıyev facebook sosial şəbəkəsindəki profilində paylaşma edib. Bu biabırçılıqla Minskdə rastlaşan Mövsüm Hacıyev ironiya ilə “Dahi millətik” yazaraq Azərbaycan diasporunun Belarusdakı ünlü simasına öz etirazını bildirib.

Qeyd edək ki, Baxşı Qəmbərov Belarusda Azərbaycan diasporunun tanınmış nümayəndələrindən hesab olunur. O, Diasporla İş üzrə Komitənin sabiq sədri Nazim İbrahimovun yaxın dostlarından biri olub. İndiki sədrlə də münasibətlərinin isti olduğu bildirilir.

Baxşı Qəmbərovun digər yaxın dostları arasında deputat Hadi Rəcəbli də yer alır. Gördüyünüz şəkildə Hadi Rəcəbli Baxşı Qəmbərovla və Minskin Vileysk rayonunun icra başçısının müavini ilə poz verir.

Diasporadakı boşluğun daha bir BİABIRÇI TƏZAHÜRÜ...

Digər deputatımız, akademik Yaqub Mahmudovun da Baxşı Qəmbərovla yaxın dost olduğu qeyd olunur.

Həmçinin Baxşı Qəmbərov Azərbaycan hökumətində də dostlarının olduğunu söyləyə bilərik.

Hələ ki, diaspor rəhbərinin bu hərəkətinə Diasporla İş üzrə Dövlət Komitəsi reaksiya verməyib

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …